Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, dövlətimizin bu sahədə beynəlxalq əlaqələri daim inkişaf etdirilir. Səmərəli əməkdaşlıq əlaqələrinin davamı olaraq aprelin 17-də Rusiya Federasiyasının Moskva şəhərində “Hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş İdarəsi və Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Rusiya Federasiyasının Baş Prokurorluğu, Xarici İşlər Nazirliyi və Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Vitse-prezidenti qismində Assosiasiyanı təmsil edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Rusiya Federasiyası Baş Prokurorunun birinci müavini Aleksandr Busmanın, Avropa Şurasının İnsan Haqları və Qanunun Aliliyi Baş İdarəsinin Baş direktoru Xristos Yukomolosun, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) prezidenti Marin Mrçelanın və digər ali vəzifəli nümayəndələrin iştirak etdiyi tədbirin yüksək səviyyəli seqmentində çıxış edən Kamran Əliyev Rusiya Federasiyası Baş Prokurorluğunun təmsil etdiyi Beynəlxalq Prokurorlar Assosiyasiyasının işinə verdiyi töhfələrin, eləcə də Assosiyasiyanın rəsmi saytının Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan rus dili versiyasının hazırda Rusiya Federasiyasının Prokurorluğu tərəfindən davam etdirilməsinin qurum tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Bununla yanaşı, Kamran Əliyev ölkəmizdə də aparılan sistemli korrupsiyaya qarşı mübarizə siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilməkdə olan geniş məhkəmə-hüquq islahatları barədə iştirakçılara məlumat verərək bu siyasətin mühüm hissəsini beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkil etdiyini vurğulayıb, qeyd edilənlərə bariz nümunə kimi təmsil etdiyi Beynəlxalq Prokurorlar Assosiasiyası ilə AzəK.Əliyev çıxışında həmçinin təmsil etdiyi beynəlxalq qurumun maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində fəaliyyətinin təşkili ilə bağlı ümumi məsələlərə də toxunub, iştirakçılara rəhbərlik etdiyi Assosiyasiyanın “Korrupsiyaya qarşı mübarizə üzrə Prokurorlar Şəbəkəsi”nin (NACP) fəaliyyəti barədə geniş məlumat verib.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə Rusiya Federasiyası Baş prokurorunun birinci müavini Aleksandr Busman, Yunanıstan Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Kseni Dimitriou-Vasilipolu və digər ölkələrin, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri arasında ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda tədbirin proqramına uyğun olaraq edilmiş məruzələr müzakirə edilib, hakimlər və prokurorların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Tədbir müddətində Kamran Əliyev həmçinin, Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunda təhsil alan azərbaycanlı tələbələlərlə də görüşərək onların təhsili ilə maraqlanmış, tələbələri maraqlandıran sualları cavablandırıb.rbaycan Respublikası Prokurorluq orqanları arasında yüksələn xətt üzrə inkişaf edən səmərəli tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu göstərib.






18 Aprel, 2019  11:11 Baxılıb: 643 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner