Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qazıntılar zamanı aşkar edilən abidələri qoruyaq! - ÇAĞIRIŞ

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.  Simsar.az Virtualaz.org-a istinadən xəbər verir ki, qədim tikilinin qalıqları ekskavatorların tırtılları altında qalaraq dağılıb. Həmin qazıntı işləri “Təzəpir” məscidinin düz arxasında, Mustafa Sübhi küçəsində, məscidin böyüdülməsi layihəsi çərçivəsində aparılır. Tikinti işlərinin sifarişçisi Qafqaz Müsəlmanlarıİdarəsidir, iş icraçısı isə “Archico” MMC adlı şirkətdir.Layihəyə əsasən məscidə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək, habelə ətrafı hasarlanacaq. Hazırda tikintiyə başlamaq üçün podratçı şirkət özül qazma işləri həyata keçirir. Özül qazılarkən yerin altından  qədim hamamın qalıqları çıxıb,amma onun qorunması üçün heç bir tədbir görülməyib və qazıntı işləri davam etməkdədir. Məsələ ilə bağlı “Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov deyib ki, həmin hamam tarixi abidə deyil. O bildirib ki, nisbətən təzə hamamdır, sovet dövründə tikilib. Məscid nümayəndəsi sovet dövründə tikilmiş hamamın hansı səbəbdən hazırda yerin altından çıxması ilə bağlı sualı isə cavablandırmayıb.

 

***

Eynulla Fətullayev öz facebook səhifəsində abidələrin qorunub saxlanılması ilə bağlı şağırış edib. "Həmin abidələri dağıtmaq istəyirlər! Dəstək verin, heç olmasa bu abidələri qoruyub-saxlayaq!"






18 Aprel, 2019  10:01 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner