Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

İdman

Çempionlar Liqasının yarımfinalçıları müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları keçirilib. "Mançester Siti" doğma meydanda "Totenhem"i qəbul edib. Hər iki komanda üçün maraqlı keçən oyunda tamaşaçılar 7 qol görüb. Oyun "Mançester Siti"nin 4:3 hesablı qələbəsi ilə yekunlaşsa da, sevinən tərəf qonaqlar olub. R.Sterlinq (4-cü və 21-ci dəqiqələr), Son Xın-Min (7-ci və 10-cu dəqiqələr), B.Silva (11-ci dəqiqə), S.Aquero (59-cu dəqiqə), F.Lyorente (73-cü dəqiqə) rəqib qapısına yol tapıb.

Səfərdə daha çox qol vuran komanda kimi "Totenhem" növbəti mərhələyə yüksəlib. (İlk oyun: "Totenhem" 1:0 "Mançester Siti") Yarımfinalda "Totenhem" Çempionlar Liqasının digər surpriz komandası "Ayaks"la qarşılacaq. Digər oyunda "Liverpul" "Portu"nun qonağı olub. Qonaqlar ilk oyunda olduğu kimi yenidən inamlı qələbə qazanıblar - 1:4. Qollar: S.Mane (26-cı dəqiqə), M.Salah (65-ci dəqiqə), E.Militao (69-cu dəqiqə), R.Firmino (77-ci dəqiqə), V.Van Deyk (84-cü dəqiqə). Hər iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə qələbə qazanan "Liverpul" yarımfinala yüksəlib. (İlk oyun: "Liverpul" 2:0 "Portu") Yarımfinalda "Liverpul"un rəqibi "Barselona" olacaq.(modern)







18 Aprel, 2019  09:35 Baxılıb: 111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 May, 2019  17:09





21 May, 2019  15:53



21 May, 2019  11:56




21 May, 2019  09:41








20 May, 2019  13:48


20 May, 2019  09:56




18 May, 2019  13:12






18 May, 2019  10:13

18 May, 2019  10:07

17 May, 2019  16:28





17 May, 2019  12:37








17 May, 2019  09:56

16 May, 2019  15:47

16 May, 2019  13:27

sagbanner