Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

DTX - ya yeni səlahiyyət verildi

Prezident İlham Əliyev Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaqın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı ilə bağlı sərəncam imzalayıb. Simsar.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə balıdır. Cinayət Məcəlləsinə bununla bağlı əlavə edilən 233-4-cü maddəyə əsasən, Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür. Eyni əməllər, təkrar törədildikdə, xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmin əməllər külli miqdarda (yüz min manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.






17 Aprel, 2019  17:44 Baxılıb: 191 Çap

Bu bölmədə

26 İyun, 2019
Sabahın havası

XƏBƏR LENTİ




26 İyun, 2019  12:13


26 İyun, 2019  09:42

26 İyun, 2019  09:34












25 İyun, 2019  09:32

24 İyun, 2019  19:55




24 İyun, 2019  16:46


24 İyun, 2019  14:33






24 İyun, 2019  11:52




24 İyun, 2019  11:16


24 İyun, 2019  09:41

24 İyun, 2019  09:38




22 İyun, 2019  12:34




21 İyun, 2019  15:48



sagbanner