Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

İlahi ədalətdən QORXUN!

Neçə gündür ölkə mətbuatında Səbail rayonu 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı yazılar dərc edilməkdədir.  Məktəbli qızın intiharı geniş miqyasda etiraza, ictimai qınağa çevrildi. Elina qurbanının günahkarları axtarıldı hər tərəfdə.  İş o yerə çatdı ki, ölkə başçısı da bu hadisəni öz nəzarətinə götürdü. Və istintaq başladı...

Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.  Əbəs yerə sevimli peyğəmbərimizdən bu kəlamı qeyd etmədim. Həqiqətən də insanlar əməllərinə görə mükafatlandırılıb, əməllərinə görə cəzalandırılacaqlar.  Məktəbli qızın intiharı ürək dağlayan bir hadisədir. Cəmiyyətdə belə halların artması isə böyük bir təhlükə deməkdir. Amma bu təhlükəni biz özümüz daha da yaxınlaşdırmırıqmi?  Son zamanlar hamı günahkar axtarır. İstənilən hadisədə hüququ çatan da çatmayan da günahkar axtararaq bildi-bilmədi aglına gələn fikri bildirir hətta haqlı-haqsız  kimlərisə ittiham edir.  Elinanın intiharından sonra da belə hallar baş verdi.  İstintaqa qədər sosial mediada insanlar günahkar axtarmaqla məşğul oldular.  Halbuki bu iş üçün hüquq-mühafizə orqanları var. Məlum, məktəb direktorunun bəlli səs yazısından sonra onun haqqında yaxşı nəsə demək çox çətindir.  Daha sonra isə hadisəyə başqalarının da adı qatılmağa başladı. Onlardan biri də Səbail rayon İcra Hakimiyyəti başçısının müvini Xalidə Bayramovadır. Bəli,  Xalidə xanım Elinanın intiharından sonra hadisə yerinə gedib.  Amma bu o demək deyil ki, bilmədiyimiz görmədiyimiz halda əvvəli və sonu bilinməyən bir videoya görə onu ittiham edək. Özü də intihar etmiş bir uşağa qarşı laqeydlikdə. Yuxarıda da qeyd etdik ki, məsələ barəsində istintaq işi açılıb artıq. İstintaq nəticələrinə qədər kimisə suçlamaq doğru olmaz.  Ona görə də bu barədə danışmaq, şərh bildirmək, kiməsə günahkar damğası vurmaq doğru deyil.

O ki, qaldı X.Bayramovaya bu xanımın fəaliyyəti dövrünə nəzər yetirsək görərik ki, bütün sosial layihələrdə, yardım, dəstək kompaniyalaraında onun adı çəkilir.  Bu mövzuda keçirilən hansı tədbir haqqında mətbuatda yazılan yazılara baxsaq Xalidə xanım ordadır. Uşaqlara qarşı xüsusi sevgi və qayğı ilə çəkilən fotolar da buna sübütdur. Hərbi hissələrdə əsgərlərimizlə görüşlərdən tutmuş fiziki imkanları məhdud uşaqlara qədər hansı aksiyaya, tədbirə getsən Xalidə xanım ordadır. Hər il 8 mart günü qadınlardan ibarət cəzçəkmə müəssisələrində azadlıqdan məhrum olmuş qadınları da məhz X.Bayramova yada salır. 15 ildir aztəminatlı ailələrdən öz dəstəyini əsirgəməyən,  şiddət görən xanımların hər zaman müdafiəsinə qalxan, atılmış körpələrə qayğı göstərən bir anadır X.Bayramova.   Xeyirxahlıq ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmaq deməkdir.   Elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, Allah rizasına edilir.  Bu, hər bəndəyə qismət olmayan ilahi bir qabiliyyətdir.  Artıq 15 illik fəaliyyəti dövründə Xalidə xanım məhz bu qabiliyyəti sərgiləyib.  Elina balanın intiharında əlbət günahkarlar cəzalanmalıdır və cəzalanacaq da. Bəlkə də bunu X.Bayramova hamıdan çox istəyir.  İnsanları əminliyiniz olmadan ittiham etməyə tələsməyin! İlahi ədalətdən QORXUN!

İradə Nurəddinqızı





15 Aprel, 2019  14:45 Baxılıb: 372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
22 Aprel, 2019  19:53

22 Aprel, 2019  19:35










22 Aprel, 2019  10:52




22 Aprel, 2019  10:10

22 Aprel, 2019  09:37


22 Aprel, 2019  09:08


20 Aprel, 2019  14:08




20 Aprel, 2019  11:06

20 Aprel, 2019  10:41


20 Aprel, 2019  10:30







19 Aprel, 2019  17:29


19 Aprel, 2019  16:55






19 Aprel, 2019  15:44

19 Aprel, 2019  15:32




19 Aprel, 2019  13:16

19 Aprel, 2019  13:12


sagbanner