Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Səbuhi Məmmədli yazır:“Sipark”a yapışmayan böhtan: Qiyamət və Dövlət babadan qorxun!

Azərbaycan o qədər də böyük ölkə deyil. Bu ölkədə yaşananlar barədə internetsiz, sosial şəbəkələrsiz də qısa zamanda xəbər tutmaq mümkündür. Amma bu kiçik ölkədə indi o qədər böyük işlər görülür ki, onun miqyasına dünyanın əksər ölkələri həsəd apara bilərlər. Söhbət irimiqyaslı beynəlxalq neft-qaz layihələrindən getmir. Bu heç. Bu, sadəcə dünyamiqyaslı, fövqəldövlətlərin belə marağında və qibtəsində olan fövqəladə proyektlərdir. Söhbət ölkə daxilində baş verən sosial-iqtisadi mahiyyətli dinamik proseslərdən gedir.Etiraf edək ki, Azərbaycan, xüsusən də Bakı bu gün iri bir tikinti meydançasını xatırladır. Sanki şəhər içində yeni və daha gözəl bir meqapolis tikilir. Bir-birinə bənzəyən ənənəvi sovet binalarını indi müxtəlif dizaynlı, bir-birindən fərqli görünüşlü yeni yaşayış kompleksləri, otellər əvəz edir. Nahaq yerə Bakıya gələn turistlər bu şəhərə ikinci Dubay demirlər ki! Hə, Bakı tikinti bumu yaşayır. Bəs niyə, hə, məhz niyə bütün bunlara qısqanclıqla yanaşılsın, insanların saysız-hesabsız enerjisi şərə, böhtana görə, xərclənsin? Niyə insanları olmayan və olması da mümkünsüz bir əməldə ittiham etsinlər?

Məsələnin mahiyyətinə gələcəyik.

İNDİ İSƏ DİQQƏT!

İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: “Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"

Yuxarıda Qurani-Kərimdən gətirdiyimiz sitatlardır. Dinimiz islam olsa da, amma biz dini dövlət deyilik. Dünyəvi qanunlarla idarə olunan demokratik bir respublikayıq. Və bu respublikanın öz qanunları, bu qanunlardan dolayı Cinayət Məcəlləsi var.

DİQQƏT!

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu maddələrinə fikir verin.

Maddə 147. Böhtan

147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yəni böhtan söylədinsə, qiyamətə qədər də gözləməyə ehtiyac qalmayacaq, artıq cəzan var.

***

Bakını tikənlərdən danışırdıq axı. Hə, bu şirkətlərdən biri də “Sipark İnşaat”dır. Və bu gün bu şirkət bir dəstə “qələm sahibinin” nişangahına çevrilib. Ən ağlasığmaz iddialarla bu şirkətin, onun rəhbərliyinin işgüzar nüfuzuna zərbələr vurulur.

Niyə axı “Sipark”? Niyə?

Şirkət 2004-cü ildən fəaliyyətə başlayıb. Binaların layihələndirilməsi, bədii cəhətdən tərtib edilməsi və inşasını həyata keçirir. Zarafat deyil, kişilər 15 ildə 10-a yaxın yaşayış kompleksi tikib. Bu da yüzlərlə ailənin isti yuvası deməkdir. İndi də pilot layihələr götürüb işləyirlər. Təsəvvür edin, şəhərin mərkəzi küçələrində gecəqondulara bənzəyən məhəllələri söküb, yerində yaraşıqlı təmiz binalar tikirlər. Üstəlik, camaata da tikinti müddəti dövründə yaşamaları üçün kirayə pulu ödəyirlər. Bir sözlə, həm şəhərimizi abıra salırlar həm də sakinlərə rahat səviyyəli evlər tikirlər.

Amma bəzi qələm “dostlarımız” əllərində heç bir əsas olmadan nə yazırlar? Bu iddialar o qədər gülüncdür ki, əslində reaksiya verməyə də bilərdik. Amma istədik siz də güləsiniz. Saytların biri yazır: “Terrorçu FETÖ qruplaşmasının Azərbaycandakı əsas fiqurlarından biri hesab olunan "Sipark” rəhbəri Seymur İsayevlə bağlı facebook səhifələrində qalmaqallı məlumat paylaşılıb. Sual oluna bilər, kim paylaşıb? Hər sosial şəbəkə paylaşımı mötəbər informasiya qaynağıdırmı? Bu media prinsipidi? “Məlumatda o da qeyd olunur ki, artıq aidiyyatı qurumlar "Sipark” rəhbərinin çoxsaylı cinayətləri ilə bağlı geniş araşdırmaya başlayıblar”. Hansı cinayət?  Hansı araşdırma? Sən jurnalistsənsə, özün bunu araşdıra bilməzsənmi? O dediyin aidiyyatı qurumlara bir sorğu göndərə bilməzsənmi? Yoxsa, sorğu nə olduğunu bilmirsiniz? Axı, bu nə absurddur? Yox, bu absurd deyil, bu məhz böhtandır! Bu, “Sipark İnşaat” şirkətinə qarşı açıq – aşkar düşünülmüş çirkin qara piar siyasətidir. Diqqət etdikdə son günlər bu tip yazıların sayının artmasının da şahidi olursan. İş o yerə çatıb ki, məsələ ilə bağlı şirkətin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayaraq hüquq mühafizə orqanları və məhkəməyə müraciət etdiklərini bəyan edib.

Vəssalam!  Hər şey bu qədər sadə və məntiqli. İndi gedin, qanun qarşısında cavab verin! Məncə, əlavə nəsə deməyə ehtiyac da yoxdur. Yox, var. Sonda bunu da deyək: Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub. Məsələn, İslam peyğəmbəri (s) buyurur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu…”

Ardını yazmırıq, Qiyamət gününüzdən qorxun! Amma qiyamətə qədər Dövlət Babanın da cəzasından qorxun!

 

 

 






10 Aprel, 2019  16:32 Baxılıb: 145 Çap

Bu bölmədə

19 Aprel, 2019
Bərat Gecəsi

XƏBƏR LENTİ
22 Aprel, 2019  19:53

22 Aprel, 2019  19:35










22 Aprel, 2019  10:52




22 Aprel, 2019  10:10

22 Aprel, 2019  09:37


22 Aprel, 2019  09:08


20 Aprel, 2019  14:08




20 Aprel, 2019  11:06

20 Aprel, 2019  10:41


20 Aprel, 2019  10:30







19 Aprel, 2019  17:29


19 Aprel, 2019  16:55






19 Aprel, 2019  15:44

19 Aprel, 2019  15:32




19 Aprel, 2019  13:16

19 Aprel, 2019  13:12


sagbanner