Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlanıb - SİYAHI

“Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb”. Bunu ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.O qeyd edib ki, bəzi şadlıq sarayları və restoranlardan havaya  tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan təkrar monitorinqlərə başlanılıb: “Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib.  Araşdırma və monitorinqlər davam etdirilir”.

ETSN rəsmisinin sözlərinə görə, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir: “Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.(ona)






10 Aprel, 2019  11:19 Baxılıb: 169 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




22 İyul, 2019  13:39

22 İyul, 2019  13:28

22 İyul, 2019  12:20


22 İyul, 2019  10:44



22 İyul, 2019  10:16

22 İyul, 2019  09:48

22 İyul, 2019  09:45

22 İyul, 2019  09:42

22 İyul, 2019  09:39

22 İyul, 2019  09:35


20 İyul, 2019  10:22

20 İyul, 2019  10:12

20 İyul, 2019  10:08

19 İyul, 2019  16:21




19 İyul, 2019  14:25



19 İyul, 2019  10:41




18 İyul, 2019  17:09

18 İyul, 2019  16:56


18 İyul, 2019  14:41

18 İyul, 2019  11:56


18 İyul, 2019  11:43


18 İyul, 2019  10:21

18 İyul, 2019  09:33

18 İyul, 2019  09:31

18 İyul, 2019  09:23



17 İyul, 2019  12:58




sagbanner