Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan sərbəst güləşçiləri daha 3 medal uğrunda yarışacaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini sınağa çəkəcək.

Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) isə bürünc medal uğrunda yarışacaqlar.Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar.

61 kq

Təsnifat - Əsgər Məmmədəliyev - Nikolay Oxlopkov (ROU) - 0:6

74 kq

Bürünc medal görüşü Hacımurad Hacıyev -

1/2 final - 1/2 final - Hacımurad Hacıyev - Frank Çamizo (İTA) - 2:6

1/4 final Hacımurad Hacıyev - Maksim Vasilioqlo (Rumıniya) - 11:1

1/8 final - Hacımurad Hacıyev - Georgi Paskalov (MDA) - 10:1

86 kq

Bürünc medal görüşü Murad Süleymanov

1/2 final - Murad Süleymanov - Vladislav Vəliyev (RUS) - 0:7

1/4 final - Murad Süleymanov - Teymuraz Naskidaeva (İspaniya) - 7:2

1/8 final - Murad Süleymanov - Ahmed Ruslanoviç (Almaniya) - 5:0

Təsnifat - Murad Süleymanov - Riçard Ferents Liqeti (HUN) - 5:0

92 kq

Final - Şərif Şərifov - Zbiqniyev Baranovski (Polşa)

1/2 final - Şərif Şərifov - İrakli Mtsituri (Gürcüstan) - 8:2

1/4 final - Şərif Şərifov - Məhəmməd Qurbanov (RUS) - 6:2

125 kq

Təsnifat - Seyid Məhəmmədrza Azərşakib - Eqzon Şala (KOS).

Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçilərindən Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.(report)






10 Aprel, 2019  09:16 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner