Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Büdcəyə xeyli miqdarda pul ödənilib - RƏQƏMLƏR

“2018-ci il Azərbaycan üçün əlamətdar il olub. 2018-ci ildə Hesablama Palatası ilə bağlı yeni qanun qəbul edilib ki, bu qanun əsasında səlahiyyətlərimiz artmaqla yanaşı, büdcə vəsaitlərinin hesablanmasına yeniliklər gətirilib”. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında Palatanın hesabatını təqdim edərkən deyib.

O, dövlət büdcəsinin icrası ilə bağlı hesabatların sayının artırılması ilə bağlı iki qayda qəbul olunduğunu bildirib. Qeyd edib ki, ötən il Hesablama Palatası tərəfindən fəaliyyət hesabatda geniş şəkildə öz əksini tapıb:

“Hesabatda nəzarət fəaliyyətinin nəticələri, bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, hökumət və mühafizə orqanları ilə əməkdaşlıq və digər məlumatlar yer alıb”. Palata sədrinin sözlərinə görə, 2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib:

“109 qurumun fəaliyyəti ilə bağlı hesabat hazırlanıb. 10 təşkilatın maliyyə hesabatları ətraflı təhlil edilib. Mövcud nöqsanların müəyyən edilməsi ilə bağlı aparılan 53 audit tədbirində nöqsanlar aşkarlanıb. 2018-ci ildə 714 nöqsan qeydə alınıb. Auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb. Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb”.

V. Gülməmmədov qeyd edib ki, Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib. O bildirib ki, 472,4 min manat məbləğində vəsait qurumların hesablarına və 732,2 min manat məbləğində vəsait isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilib.

Palata sədri vurğulayıb ki, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-nin büdcəsinə ödənilib.

V.Gülməmmədov onu da qeyd edib ki, 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub. “DSMF büdcəsinə bərpa edilmiş vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilmiş vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib”.

Qurum rəhbəri vurğulayıb ki, hesabat ilində Nazirlər Kabinetinə təklif olunan təkliflər əsasında 21 təklif yenidən hökumətə təqdim olunub:

“Bu təkliflərin 60 faizi qəbul edilərək normativ sənədlərə əlavə edilib. Bir il müddətində korrupsiya ilə bağlı mübarizə istiqamətində müvafiq qurumlarla fəaliyyət təşkil olunub. Həmin tədbirlərin 4-ü inzibati, 5-i cinayət xarakterli olub. Vətəndaş müraciətlərinin sayı ötən il daha çox olub. 64 faizi nəzarət tədbirləri ilə bağlıdır. Vətəndaşların müraciət etdiyi 3 məsələ araşdırılıb və müvafiq addımlar atılıb”.(modern)

 

 






9 Aprel, 2019  12:51 Baxılıb: 286 Çap

Bu bölmədə

18 İyul, 2019
Neft bahalaşıb

XƏBƏR LENTİ




22 İyul, 2019  13:39

22 İyul, 2019  13:28

22 İyul, 2019  12:20


22 İyul, 2019  10:44



22 İyul, 2019  10:16

22 İyul, 2019  09:48

22 İyul, 2019  09:45

22 İyul, 2019  09:42

22 İyul, 2019  09:39

22 İyul, 2019  09:35


20 İyul, 2019  10:22

20 İyul, 2019  10:12

20 İyul, 2019  10:08

19 İyul, 2019  16:21




19 İyul, 2019  14:25



19 İyul, 2019  10:41




18 İyul, 2019  17:09

18 İyul, 2019  16:56


18 İyul, 2019  14:41

18 İyul, 2019  11:56


18 İyul, 2019  11:43


18 İyul, 2019  10:21

18 İyul, 2019  09:33

18 İyul, 2019  09:31

18 İyul, 2019  09:23



17 İyul, 2019  12:58




sagbanner