Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

“Sipark İnşaat” şirkəti hüquq-mühafizə orqanlarına şikayət etdi

Bakıda fəaliyyət göstərən “Sipark İnşaat” şirkəti bu quruma qarşı qara piar kampaniyası aparıldığını bəyan edib.  Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumatda bildirilib ki, son günlər bu tip yazıların sayı artmağa başlayıb.

“Sipark İnşaat”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızının məsələ ilə bağlı açıqlamasında deyilir: “Bir müddət əvvəl bəzi saytlarda gedən böhtan xarakterli yazılarla bağlı Bakı şəhəri, Binəqədi rayon məhkəməsində iddia qaldırmışıq. Dünən növbəti, ““Sipark” rəhbəri Seymur İsayev həbs oluna bilər – Prezidentə müraciət hazırlanır” başlıqlı iftira və şər-böhtanla dolu yazı növbəti dəfə bəzi saytlarda tirajlandı. Yazıda konkret ağır cinayətlərdə ittiham edən məlumatlar öz əksini tapıb. Bu saytlar ölkədə nə neqativ hadisə baş verirsə, şirkətimizi və rəhbərini əsassız şəkildə həmin hadisəyə bağlamağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı xeyli tədbirlər gördüyü bir dövrdə bu saytlar öz böhtan dolu yazıları ilə 15 ildir fəaliyyət göstərən şirkət və onun rəhbərini iftiraları ilə ləkələməyə çalışır. Buna görə də iftira atmaq, işgüzar nüfuza xələl gətirmək, şərəf və ləyaqətin təhqir olunması və şəxsi həyatın toxunulmazlığı prinsiplərini əsas götürərək, hüquq mühafizə və təhlükəsizlik orqanlarına müraciət etməyi qərara aldıq. Belə ki, Baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və daxili işlər naziri, general-polkovnik Ramil Usubova qara piar aparan saytlar barəsində cinayət işi başlanılmaqla ciddi tədbir görülməsi üçün müraciət olunub”.

 






8 Aprel, 2019  17:19 Baxılıb: 264 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
22 Oktyabr, 2019  10:17











11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29





8 Oktyabr, 2019  14:34

sagbanner