Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Gəncədə yeniyetmə adam bıçaqlayıb

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 6-da axşam saatlarında Gəncə şəhər sakini Elnur Hüseynovun qarın nahiyyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan E. İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, E. Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.(ona)






8 Aprel, 2019  09:09 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner