Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"İnci" qrupu festivalın açılış və bağlanış konsertlərində iştirak edib

Azərbaycanın “İnci” qanun (kanon) qrupu Hindistanda keçirilən “World Sacred Spirit” beynəlxalq festivalında iştirak edib. Simsar.az xəbər verir ki, bu gün Beynəlxalq Muğam Mərkəzində qrupun festivalda iştirakına həsr olunan təqdimat mərasimi keçirilib.

Əvvəlcə əməkdar artist Təranə Əliyeva rəhbəri olduğu qrupun Hindistanın Jodhpur şəhərində keçirilən “World Sacred Spirit” festivalında Azərbaycanı təmsil etməsi barədə məlumat verib.

"İnci" qrupu festivalın açılış və bağlanış konsertlərində iştirak etdi. Festival Naqaur və Mehrangah qalalarında keçirilirdi. Qrupumuz Mehrangah qalasında keçirilən solo konsertdə "Telli durnalar" türk qrupu ilə "Reyhan" mahnısını ifa etdilər. Festivalda dünyanın bir çox ölkəsindən qruplar çıxış edirdi. Festival boyu çalışdıq ki, özümüzün xalq rəqslərimizdən, muğamlarımızdan geniş istifadə edək", - o deyib. Qrup konsertdə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiyasının təşkilatçılığı ilə iştirak edib. Təqdimatdan sonra “İnci” qanun qrupunun ifasında musiqilər səsləndirilib.






5 Aprel, 2019  13:16 Baxılıb: 1110 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner