Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ADAM YAŞAMAQ İSTƏDİYİ QƏDƏR YAŞAYIR, VAQİF MÜƏLLİM

Böyük şair ad günündə arzusunu Simsar.az-a dedi

Bütün pəncərələr yumulmuş gözdür,
bu evlər,
küçələr deyilmiş sözdür…
Yaralı buluddan yağan yağışlar
Günah yumasa da bir az bağışlar.
Bəlkə bizdən bir az yan keçər bu gün,
həyalı söyüşlər, doğma qarğışlar.
Və quşlar,
Və quşlar qəfəsə vurğun,
İlahi, çox sağ ol,
Yenə də heysizəm, yenə də yorğun…

Vaqif Səmədoğlunundu. Hər gün ona nəsə yazmasam, onun cavablarından oxumasam olmur. Lap şairin öz dili ilə desəm, elə bil gün bir az məndən yan keçir.

Deputat oldu, amma yenə şair qaldı. 5 illik rəsmi kürsü boynundan asdığı fotoaparatı onun əlindən ala bilmədi. Marqlıdır deyilmi, yazdıqlarının həm də şəklini çəkmək?..

Onun öz yaşı elə şair yaşıdı. Adam şair olmur ki, şair doğulur. Vaqif Səmədoğlu bir şeir belə yazmasaydı, yenə hamı ona şair deyəcəkdi.

Vaqif Səmədoğlu (Vəkilov Vaqif Səməd oğlu) 1939-cu il iyunun 5-də Bakı şəhərində, böyük şair Səməd Vurğunun ailəsində anadan olub.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil alıb.
1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Milli Məclisin deputatı olub. (2000, 2005).

Təqdimatçün bu qədər yetər. Onun 72 illik ömrünün quru statistikaya ehtiyacı yoxdu.

Kamil Vəli Nərimanoğlunun Vaqif Səmədoğlu barəsində yazdığı onun necəliyini incəliyi ilə açır.

-Vaqif Səmədoğlu qəribə insan olduğu qədər də qəribə şairdir. Hərdən mənə elə gəlir ki, Vaqif bəy üçün dünyada ən ağır şey şeir yazmaqdır. Şeir yazmaq ölümü yaşamaqdır.Yasaqları keçməkdir. Zamansızlığa sığmadır. Şeir yazmaq əzabdır. Xilas əzabı. Özünü hissə-hissə, qəlpə-qəlpə, əza-əza öldürüb ətrafdakıları yaşatmaq əzabı.

Bu sözlərdən sonra ən dəqiq reaksiya susmaq olardı. Ən yaxşısı isə şairin özünün bu yerdə danışmasıdı. Onsuz şairlər danışanda onları dinləyənlər susurlar.

Vaqif Səmədoğlu 72 yaşının ovqatını Simsara.az-a danışır.

-Hazırda ad gününmü bağda təkcə qeyd edirəm. Bir azdan şəhərə, ailəmin yanına gedəcəm. 72 yaşım tamam oldu. Allahın nemətidir bu. Ən qəribəsi isə odur ki, mən yaşamaq istəyirəm .

Biz də bunu istəyirik. Adam yaşamaq istədiyi qədər yaşayır, Vaqif müəllim. İstəyiniz mübarək.

Bu da Vaqif Səmədoğlunu axtaranlara kömək. Şairin öz dilindən.

Mə¬nim ünvanım:
Nəhayətsizlik.
Zaman.
Məkan.
Dünən,
bu gün
və sabah.
Görünən,
görünməyən.
Eşidilən,
eşidilməyən,
Qalaktika.
Günəş sistemi.
Yer kürəsi.
Torpaq.
Bir az Avropa.
Bir az Asiya.
Böyük ölkə.
Doğma yurdum.
Azərbaycan
Bakı.
Sakit bir küçə.
Ev dörd, mənzil otuz yeddi.
Otaq.
Üçbucaq masa.
Kağız və qələm.
Şeirlər.


Aynurə Həsənova








5 İyun, 2011  18:22 Baxılıb: 1752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner