Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəstənin qarnından nəhəng mioma çıxarılıb - BAKIDA

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasına müraciət edən xəstənin qarın boşluğundan nəhəng ölçülü törəmə çıxarılıb. Həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətraf toxumalardan uğurla ayırmağa nail olublar. Əməliyyatı aparan Onkoloji Klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, 55 yaşlı xanım Ukraynadan gəlib. USM VƏ KT ilə müayinə zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 sm ölçüsündə abdominal-pelvik törəmə aşkarlanıb. Çəkisi 125 kq olan xəstə həmçinin piylənmədən əziyyət çəkib. Onda DVT (aşağı ətrafların dərin venoz trombozu) və PE (ağciyər trombemboliyası) anamnezi mövcud olub.

Xəstədə laparotomiya əməliyyatı icra olunub. Əməliyyat zamanı nazik bağırsaqlardakı damarlar vasitəsilə zəngin qidalanmış nəhəng parazitar miomaların olduğu müəyyənləşdirilib. Həkimlər xəstənin nazik bağırsağına və mezosuna zərər vermədən, törəməni bütün şəkildə ətraf toxumalardan ayırıb çıxarıblar. Xəstə əməliyyatdan üç gün sonra evə yazılıb.(e-tibb)






3 Aprel, 2019  11:12 Baxılıb: 769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner