Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mehriban Əliyevanın verdiyi ev şəhid ailəsinə təqdim olundu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı onun oğluna təqdim olunub.  Mənzilin açarları bu gün polkovnik-leytenant Tahir Axundova verilib.

Qeyd edək ki, Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.  Məlumata görə, S.Axundov şəhid olmamışdan bir neçə il əvvəl “Kamran” MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran” MMC-nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.  Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub. Məsələnin ictimailəşməsindən sonra Mehriban Əliyeva Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev bağışlayıb.(oxu)






2 Aprel, 2019  15:46 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner