Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda cəmi 15 bank olacaq

Mövcud vəziyyətdə Azərbaycanda 15-20 bank təşkilatının fəaliyyət göstərməsi optimal göstərici sayıla bilər.

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, bir vaxtlar ABB ölkənin bank bazarında hökmran mövqeyə malik olub və əsas məqsəd də bu hökmranlığı davam etdirmək deyil. Hazırda Azərbaycanın bank bazarında kifayət qədər iri bank təşkilatları mövcuddur, bu baxımdan da bazardakı bankların konsolidasiyası nəticəsində 15-20 bankın fəaliyyət göstərməsi kifayətdir.

C.Hacıyev bildirib ki, ölkədə bank sektorunun inkişafı ABB-nin əsas prioritet istiqamətlərindən biridir.

Qeyd edək ki, hazırda Azərbaycanda 44 bank təşkilatı fəaliyyət göstərir və bunlardan yalnız biri (ABB) dövlət mülkiyyətindədir.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprelin 1-nə ABB-nin aktivləri 4 696,638 mln. manat, kredit portfeli 2 879,706 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 388,885 mln. manat, depozit portfeli 1 911,060 mln. manat, o cümlədən əmanətlərin həcmi 738,860 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 514,985 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manata bərabərdir. Bankın ümumi gəlirləri I rüb üzrə 84,591 mln. manat, xərcləri 77,983 mln. manat, mənfəəti isə 6,608 mln. manat təşkil edib.






4 İyun, 2011  19:07 Baxılıb: 770 Çap

Bu bölmədə

25 Mart, 2020
Neft bahalaşdı

XƏBƏR LENTİ

5 Avqust, 2020  14:05


5 Avqust, 2020  09:37


4 Avqust, 2020  16:47




4 Avqust, 2020  10:26

4 Avqust, 2020  09:44


30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06

sagbanner