Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

22-27 aprel tarixində Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçirilən festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, aprelin 27-də Almaniyanın “Münchenklang” orkestri və xoru çıxış edəcəklər. 26 aprel konsertinin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandesdi (cello), 27 aprel festivalın təntənəli bağlanış konsertinin dirijoru Tomas Hefele, solistləri Anna Karmazin (soprano) və Lüdviq Mittelhammer (bariton) olacaq.

Konsert proqramlarında Cüzeppe Verdi, Kamil Sen-Sans, İqor Stravinski, Qabriel Fore və Frans Şubertin əsərləri səsləndiriləcək. Saat 19:00-da baş tutacaq konsertlərin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.(ona)






2 Aprel, 2019  12:48 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner