Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Oba" marketə silahlı hücum olub

Paytaxtda “Oba” şəbəkəsinə aid marketə qarət məqsədilə silahlı hücum olub. Bu barədə Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Məlumata əsasən, aprelin 1-də naməlum şəxs mağazaya basqın edərək, əlində olan soyuq silahla 33 yaşlı kassir Mahirə Əhmədovanı təhdid edib, kassa aparatında olan 205 manat pulu oğurlayıb.

İnsidenti araşdıran Yasamal rayonunun 28-ci polis bölməsinin əməkdaşları şübhəlinin izini tapıb. Cinayətkar 13 yaşlı Mingəçevir şəhər sakini Murad Mustafayevdir. Daha bir qarət ötən günlərdə Səbail rayonu ərazisində, Saylan şosesinin yanındakı parkda baş verib. İki naməlum şəxs 36 yaşlı Ağcabədi sakini Rüstəmov Pərviz Rizvan oğlunun boğazına bıçaq dirəyərək, ondan pul istəyib. Rüstəmovun üzərində pul olmadığından onu döyərək, hadisə yerindən qaçıblar. Hazırda Səbail rayonunun 8-ci bölməsinin əməkdaşları cinayətkarların yaxalanması istiqamətində iş aparır. Qeyd edək ki, mart ayı ərzində paytaxt ərazisində ümumilikdə altı silahlı qarət qeydə alınıb.(oxu.az)






2 Aprel, 2019  12:20 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner