Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni xəbər kanalının açılması üçün MTRŞ-ya iki müraciət daxil olub

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqə ilə bağlı MTRŞ-ya iki qurum müraciət edib.

Bunu MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib. O qeyd edib ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) və “TV media Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti” tələb olunan sənədləri Şuraya təqdim edib.

A.Hacıyev əlavə edib ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 11-nə kimi davam edəcək: “Ona görə, yəqin ki, bundan sonra da müraciət olacaq. Yekun olaraq Şuranın iclası olacaq və qərar veriləcək”.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11mart 2019-cu il tariхdən 11 aprel 2019-cu il tariхədək müsabiqə elan edib.(report)






1 Aprel, 2019  14:32 Baxılıb: 635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner