Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KİTAB MÜKAFATININ QALİBLƏRİ MÜKAFATDAN İMTİNA EDƏCƏKLƏR

Çingiz Abdullayev: “Müsabiqədə bir-iki nəfər öz aralarında məsləhətləşərək səsverməni qeyri-obyektiv keçiriblər” 

Bu gün Milli Kitab Mükafatının (MKM) qalibləri elan olunub. MKM-nin saytında keçirilən virtual səsvermədə birinci yeri Pərviz Cəbrayılov tutub. Ona MKM-in xüsusi diplomu da təqdim edilib.
Beləliklə, birinci yerə Pərviz Cəbrayılov, ikinci yerə Məqsəd Nur, üçüncü yerə isə Nəriman Əbdurrəhmanlı və Natiq Rəsulzadə layiq görülüb. 1-ci yerin qalibinə üç min, 2-ci yerin qalibinə iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı verilib.
Amerika ədəbiyyatından Con Qolsuorsinin “Alma ağacı” (The apple tree, 1916) əsərinin tərcüməsinə görə Kamran Nəzirli ABŞ səfirlinin təqdim etdiyi 1000 manatlıq mükafata layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcid müsabiqədə samballı əsərlərin kənarda qaldığını, qiymətləndirmənin düzgün aparılmadığını bəyan edərək, münsif olmaqdan imtina ediblər.
Çingiz Abdullayev Simsar.az-a açıqlamasında bildirib ki, müsabiqədə bir - iki nəfər öz aralarında məsləhətləşib və səsverməni qeyri-obyektiv aparıblar: “Mən də buna etiraz olaraq o müsabiqənin münsifi olmaqdan imtina etdim. Müsabiqə ədalətsiz keçirilib”.
Ç.Abdullayevin açıqlamasına görə, ikinci yerin sahibi Məqsəd Nur və üçüncü yerin digər sahibi Natiq Rəsulzadə müsabiqənin qeyri-obyektiv keçirilməsinə etiraz əlaməti olaraq onlara verilən mükafatdan imtina edəcəklər.
Aynurə Həsənova







4 İyun, 2011  18:23 Baxılıb: 1303 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner