Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan gimnastı Riqada 3-cü olub

Latviyanın paytaxtı Riqada bədii gimnastika üzrə “Baltic Hoop” və “Riga Spring” adlı iki beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, milli komandamızın üzvləri hər iki yarışda çıxış ediblər.

Böyüklər arasında təmsilçimiz Veronika Qudis “Baltic Hoop” turnirində iki final mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə gimnastımız həm gürzlər, həm də halqa ilə 8-ci yerdə qərarlaşıb. Çoxnövçülükdə isə Qudis 63.050 xalla 10-cu, digər təmsilçimiz Darya Sorokina isə 13-cü (60.350) olub.

Böyüklərin turniri ilə paralel gedən digər yarışda isə gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları “Riga Spring” adlı yarışda 4 finalda çıxış ediblər. Belə ki, Nərminə Səmədova lent ilə çıxışına görə hakimlərdən 15.350 xal almağı bacarıb və bürünc medala layiq görülüb. Digər 3 final mərhələsində isə ölkəmizi Arzu Cəlilova təmsil edib. Arzu isə ən yaxşı nəticəsini ip ilə çıxışında göstərərək, turniri 5-ci yerdə bitirib.(ona)

 






1 Aprel, 2019  09:14 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner