Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sipark İnşaat bu saytı və şirkəti məhkəməyə verdi

 

“Bir neçə müddətdir ölkənin tanınan və nüfuzlu tikinti şirkətlərindən biri olan “Sipark İnşaat”a qarşı bəzi reket saytlar tərəfindən qara piar başlanıb. Dəfələrlə şirkət və rəhbəri ilə bağlı həqiqətə uyğun olmayan yazılarda işgüzar nüfuza xələl gətirilib. Şirkət rəhbərliyi qərəzli şəkildə şər, böhtana məruz qalaraq iyrənc və cəfəngiyyat dolu iddialarla şərəf və ləyaqəti təhqir olunub. Ötən gün yenə də “7news.az” saytında qərəzli yazı tirajlanaraq, bir daha şirkətin fəaliyyətinə kölgə salmağa çalışılıb”.

 

Bu açıqlamanı Simsar.az - a “Sipark İnşaat” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri  İradə Nurəddinqızı verib. O bildirib ki, sonuncu yazıda “Baku Art Lab” adlı prodakşının əsassız iddiaları səbəb götürülərək, şirkət və rəhbərliyinin onları dolandırdığı iddia olunub.

“Əvvəla sayt əsassız şəkildə “Sipark İnşaat” və rəhbərliyini televiziyaları aldatmaqda təqsirləndirib. Başlıqda qeyd edib ki, ““Sipark” rəhbəri televiziyaları aldatdı”. Bu və digər ittihamları yazan “jurnalist” sabah məhkəmədə yazdıqlarını sübut edə biləcəkmi? Nə şirkətin, nə də şirkət rəhbərliyinin heç bir televiziyanı aldatmaq və aldadılmaq kimi problemi olmayıb, yoxdur. Əksinə, “Sipark İnşaat”ın televiziya layihələrində (serial, veriliş və s) rəsmi şəkildə əməkdaşlıqları kifayət qədər olub. “Baku Art Lab” adlı prodakşının qaldırdığı əsassız ittihamlara gəlincə isə, adı çəkilən şirkət “Sevgi naminə” adlı serialın çəkilişləri üçün əməkdaşlıqla bağlı “Sipark”a müraciət edib. “Baku Art Lab” nümayəndəsinə “Sipark” nümayəndəsi tərəfindən bildirilib ki, əməkdaşlıq yalnız reytinq üzərində qurula bilər. Belə ki, serial efirlərdə reytinq qazanarsa, rəsmi əməkdaşlıq müqaviləsi bağlaya bilərik. Bununla belə serialın çəkilişləri üçün şirkət məkan və avtomobil dəstəyini “Baku Art Lab”dan əsirgəməyib. Təəssüflər olsun ki, sözügedən serial elə ilk həftədən uğursuz nəticə göstərdiyinə görə, əməkdaşlıq şirkət tərəfindən rəsmiləşməyib. Yəni “Baku Art Lab” və “Sipark İnşaat” arasında reklam əməkdaşlığını təsdiq edəcək heç bir rəsmi müqavilə yoxdur. Rəsmi sənədin olmamasına baxmayaraq, “Baku Art Lab” rəhbərliyi məsuliyyətsizlik, yaxud da işbilməzlik göstərərək, efirdə 2 ay şirkətin reklamını sponsor kimi təqdim edib. Halbuki, reklamın yayımlanması üçün heç bir rəsmi müqavilə nə “Baku Art Lab”, nə də serial yayımlanan televiziya ilə yoxdur. Öz məsuliyyətsizlikləri və işbilməzliklərindən çıxılmaz durumda qalan “Baku Art Lab” indi başqasını ləkələməklə əsassız şəkildə fırıldaqçılıqda ittiham edir. Məlum, Danabaş kəndində yaşamırıq. Normal əməkdaşlıqlar sivil şəkildə danışıqlıqlar aparıldıqdan sonra rəsmi müqavilə əsasında başlayır. Görünən isə odur ki, problem deyəsən tək “Baku Art Lab”ın reklam problemi deyil. Çünki dünən bu məsələ ilə bağlı “7news.az” saytında tirajlanan yazıda “KİV haqqında” qanun kobud şəkildə pozulub, təhqir, şər, böhtan xarakteri daşıyaraq, qərəzli mövqe göstərilib. Birmənalı olaraq tərəf saxlanıldığı, mövqe göstərildiyi açıq-aydın hiss olunan qeyri-peşəkarcasına hazırlanan, səhvlərlə dolu yazıda hansısa marağın, yaxud sifarişin olduğu qaçılmazdır”.

Şirkət rəsmisi bildirib ki, “Sipark İnşaat”ı və onun rəhbərliyi haqqında qərəzli, böhtan xarakterli yazılarını silsilə şəklində davam etdirəcəyini bəyan edən sayt, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin təhqir olunması kimi məhkəmə predmeti olacaq iddiaları ilə bərabər şəxsi həyatın toxunulmazlığı prinsipinə də laqeyd yanaşıb:

"Təbii ki, hüquqi və demokratik dövlətdə yaşayırıq. Heç bir cinayət də cazasız qalmır. Bu özbaşınalıq və “reket” hərəkətlərlə bağlı məhkəmə orqanlarına və Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət olunub. Həm “Baku Art Lab” həm də “7news.az” saytı böhtanlarına görə qanun qarşısında cavab verəcəklər. Mən özüm də uzun illərdir jurnalist kimi çalışıram, bu kimi halların mətbuatda artmasına təəssüf edirəm. Şərəfli bir peşədən bazar piştaxtası düzəldənlər təbii ki cəzalanmalıdır!”.







29 Mart, 2019  12:13 Baxılıb: 1182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner