Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu yolda təmir-bərpa işləri başa çatdı

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb. Agentlikdən Simsar.az -a verilən məlumata görə, təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kv.m-lik ərazisini əhatə edib. Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-eton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.






29 Mart, 2019  11:04 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner