Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəhid hərbçimiz dəfn edilib

Ermənilərin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu dəfn olunub. Ə.Əlləzov doğulduğu Qazax rayonu, Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.  Dəfn mərasimində Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin zabitləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub. Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır: “Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb. Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.(Ona)






27 Mart, 2019  13:20 Baxılıb: 792 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner