Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəsidir

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əlillik dərəcəsi müəyyən edilir: “Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə orada autizmli uşaqlar nəzərdə tutulmur. Bu uşaqlar harada təhsil almalıdır, onların təhsili üçün kriteriyalar necə müəyyən edilməlidir? Autizmli uşaqlarla bağlı heç bir reabilitasiya mərkəzi yoxdur. Ancaq Türkiyədə belə uşaqlara dövlət müəyyən edilmiş saatlarda məcburi dərslər keçir”.

S.Əliyeva qeyd edib ki, gələcəkdə dünyada hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək: “Azərbaycanda da belə uşaqların sayı artır. Təbii ki, bunun müxtəlif səbəbləri var”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, 6 minə yaxın autizmli uşağın heç də hamısı təhsildən kənarda qalmayıb, onların çoxuna evdə dərslər keçirilir. Onun sözlərinə görə, Azərbaycanda inklüziv təhsilin bütün mövcud imkanlarına hüquqi təminat verilir.(trend)






13 Mart, 2019  15:10 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner