Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səhiyyə Nazirliyində kollegiya iclası

Nazir kimlərin ödənişsiz təhsil alacağını müəyyənləşdirdi

Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli tərtib olunub, rezidentlərin ödənişsiz əsaslarla təhsil alacaqlar

Bu gün Azərbaycan Respublikasında əhalini keyfiyyətli tibbi xidmətlə təminatını yaxşılaşdırmaq, eləcədə müvafiq bilik və bacarıqlara malik kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərini müzakirə etmək məqsədi ilə Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclası giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər o, cümlədən rezidenturaya keçid mərhələsi haqda kollegiya iştirakçılarına qısaca məlumat verib.

Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayevaya 19 iyun 2009-cu il tarixində qəbul edilmiş “Təhsil haqqında” qanun ilə tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsili müəyyən edildiyini söyləyib. Bu işdə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması habelə ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınmasıdır.

Nazirlər Kabineti 18 mart 2010-cu il tarixində 50 nömrəli qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nı təsdiq edib. Bu qaydalarda rezidenturanın təşkili ilə bağlı əsas istiqamətləri - yəni, ixtisaslar üzrə müvafiq təhsil proqramları, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər, rezidenturada təhsil müddəti, baza təhsil müəssisələri, tədris yükü və digərləri müəyyən edilib. Eyni zamanda 6 sentyabr 2010-cu il tarixində Nazirlər Kabinetinin 164 nömrəli qərarı ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının siyahısı” təsdiq edilib.

Zəkiyyə Mustafayeva bildirib ki, Azərbaycanda Səhiyyə Sektorunun İslahatlar Layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin dünya təhsil sistemində qəbul olunmuş təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq, Səhiyyə Nazirliyi 23 iyul 2010 il tarixində rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında 57 nömrəli əmr imzalayıb. Bu əmrə əsasən, 2011-ci ildən başlayaraq baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı, xarici ölkələrin təcrübəsinə əsaslanaraq siyahıda olan 40 ixtisas üzrə rezidenturada təhsil müddəti, o cümlədən rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan elm-təhsil müəssisələri və klinikalarının siyahısı təsdiq edilib.

O da qeyd edilib ki, 2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunub. Bu plana əsasən, səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə olan mövcud və proqnozlaşdırılmış tələbata uyğun olaraq, 2011-2012-ci illərdə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilib və bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulub. Rezidenturaya qəbul olmaqdan imtina edən və rezidentura imtahanlarından uğursuz keçən həkimlərə gəldikdə, Zəkiyyə Mustafayevanın sözlərinə görə, onlar Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin mövcud olan vakansiyalarına əsasən həmin müəssisələrə müraciət edə və işlə təmin ola bilərlər.

Uğurla imtahanları keçən və rezidenturaya qəbul olan, hər hansı bir ixtisasla təmin olunmuş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Rezidenturaya qəbul müəyyən olunmuş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Rezidenturaya qəbul qaydalarına gəlincə, aparat rəhbəri vurğulayıb ki, rezidenturaya qəbul imtahanlarında həm 2011-ci ilin məzunları, həmdə yaş məhdudiyyəti qoyulmadan həkimlər iştirak edə bilər.

Daha sonra rezidenturaya keçidlə əlaqədar olaraq yüksək ixtisaslı həkim mütəxəssislərinin hazırlanmasında Azərbaycan Tibb Universiteti kollektivinin qarşısında duran əsas vəzifələri məruzə edən Tibb Universitetinin rezidentura şöbəsinin müdiri H. Bağırov bu sahədə görülmüş praktiki işlər haqqında kollegiya iştirakçılarına məlumat verib. O qeyd edib ki, rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli tərtib olunub. Bu cədvələ müvafiq olaraq baza alı tibb təhsili səviyyəsində istiqamətlər müalicə işi və pediatriya, stomatologiya, tibbi biologiya, tibbi profilaktika üzrə qruplaşdırılıb. Rezidentura səviyyəsi üzrə baza və imtahana düşən fənlərin proqramları ATU-nun 100 nəfər ekspert müəllimləri tərəfindən hazırlanıb, tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilmişdir. Məruzəçi ATU kollektivinin, yeni keyfiyyətli mütəxəssis-həkim kadrlarının hazırlanması işində qarşıda duran vəzifələr haqqında məlumat verib.

ATU-nun rektoru akademik Əhliman Əmiraslanov çox böyük və məsuliyyətli bir işin - rezidenturaya keçid mərhələsinin getdikcə daha da təkmilləşəcəyini və bu istiqamətdə atılan addımlar, yeni işıq üzü görən elmi nəşrlər, rotasiya kimi məsələlərə də toxunub. Daha sonra rezidentura mərhələsinə keçidə dair kollegiya iştirakçılarını maraqlandıran suallar səsləndirildi və bu səpkidə müzakirələr aparılıb. Sonda Səhiyyə naziri Oqtay Şirəliyev rezidentura mərhələsinə keçid istiqamətində görülən işləri məqbul hesab etdiyini kollegiya iştirakçılarının nəzərə çatdırıb.






3 İyun, 2011  21:39 Baxılıb: 1310 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner