Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

26 yaşlı gənc küçədə qətlə yetirildi

Bakıda qətl hadisəsi törədilib. Yasamal rayon prokurorluğundan bildirilib ki, martın 1-də Yasamal rayonu, Xiyabani küçəsi, 33 ünvanının qarşısında 1997-ci il təvəllüdlü Kamil Vaqif oğlu Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Ələsgər oğlu Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, eləcə də iş üzrə digər zəruri istintaq hərəkətləri görülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(Trend)






2 Mart, 2019  09:50 Baxılıb: 936 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner