Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Qarabağ" bu gün "Arsenal"la qarşılaşacaq - BAKIDA

Bu gün “Qarabağ” komandası avrokuboklarda növbəti oyununa çıxacaq. Simsar.az reporta istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İngiltərə “Arsenal”nı qəbul edəcək.

Bu, “topçular”ın Azərbaycandan olan komanda ilə ilk qarşılaşması olacaq. "Qarabağ" isə bundan əvvəl bu ölkənin "Tottenhem” (0:1, 1:3) və “Çelsi” komandaları ilə üz-üzə gəlib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə məğlubiyyətlə başlayıb. Ağdam təmsilçisi Portuqaliyada “Sportinq”ə 2 cavabsız qolla yenilib. “Arsenal” isə evdə Ukraynanın “Vorskla” komandasını 4:2 hesabı ilə üstələyib.

“Qarabağ” bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə “Çelsi”dən 4 top görüb. Londonlular isə ötən mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar.

“Arsenal” keçirdiyi son 7 oyunda qalib gəlib. Bu matçlardan 5-i İngiltərə Premyer Liqasına, 1-i ölkə kubokuna, 1-i isə Avropa Liqasına təsadüf edib. “Topçular” hazırda 15 xalla 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” Avropa Liqasının qrupunda mübarizəyə məğlubiyyətlə başlasa da, Premyer Liqada uduzmayıb. Ağdamlılar 6 oyundan 5-də qalib gəlməklə, 16 xal toplayıblar və “Neftçi” ilə liderliyi bölüşürlər.

“Arsenal” rəhbərliyi 22 ildən sonra bu ilin mayında komandanın baş məşqçisi postunu tərk edən Arsen Vengeri İspaniya “Sevilya”sı ilə 3 dəfə Avropa Liqasının qalibi olan Unai Emeri ilə əvəzləyib. 46 yaşlı mütəxəssisin əsas hədəfi London təmsilçisi ilə avrokubokda titul qazanmaqdır.

2017/18-ci illər mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Lakin heç vaxt qrupdan çıxa bilməyib.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. “Qarabağ”da müdafiəçilər - Rəşad Sadıqovla Donald Gerye və yarımmüdafiəçilər - Dani Kintana ilə Simeon Slavçev zədəlidir. "Arsenal"da isə qapıçı Petr Çex, müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da eyni səbəbdən matçı buraxacaq.

Avropa Liqası

Qrup mərhələsi, II tur

20:55. “Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə)

Baş hakimlər: Davide Massa

Yan xətt hakimləri: Filippo Meli, Alessandro Kostantso

Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabri

Dördüncü hakim: Fabiano Preti (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: İstvan Huszar (Macarıstan)

Bakı Olimpiya Stadionu






4 Oktyabr, 2018  08:52 Baxılıb: 1525 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner