Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əbülfəs Qarayev: “Mən bugünkü iclasa ürək ağrısı ilə gəldim”

“Bəzi insanlar tarixi abidələri daşla vurub sındırır, üzərinə adlarını yazır, lazımsız reklamlar vurur, sonra deyirlər ki, dövlət mədəni irsimizi qorumur“. “Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.

Nazirin fikrincə, gərək hər bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlasın: “Biz özümüz ölkə daxilindəki abidələri lazımı qədər qoruya bilirikmi? İnsanlar yenə də hər şeyi dövlətin üstünə atırlar. Başqa ölkədə tarixi binaya bir dənə mıx vurmaq üçün azı 150 sənət yığmaq lazım olur. Hərdən biz aciz qalırıq.

Bu proses insanların şüurunda olmalıdır. Bunu insanların şüuruna necə daxil edək? Nazirin çıxışları ilə, televiziya vasitəsilə uzun- uzadı danışmaqla, yoxsa, qəzetlərdə məqalələr yazmaqla, müasir texnologiyalarla, ya da məktəblərdə bunu etməliyik? Hər şey vəhdət təşkil etməlidir. Mən bugünkü iclasa ürək ağrısı ilə gəldim. Ona görə ki, biz hələ indi öz sərvətlərimizin dəyərini anlayırıq. İndi onu dünyada tanıtmağa başlamışıq”.






3 Oktyabr, 2018  13:01 Baxılıb: 1360 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner