Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xuraman Vəfa: "Bayramlarımıza qarşı münasibəti dəyişib"

Şairə - publisist Xuraman Vəfa Novruz bayramı ilə bağlı fikirlərini bölüşüb və Azərbaycan xalqını təbrik edib.

“Novruz Bayramı uşaqlıqdan xatirəmdə elə qalıb ki, mən bu illərdə də elə o abu-hava ilə, o ruhla, o istəkə, o arzu ilə, o həvəslə Novruz Bayramını qarşılayıram.  Ətrafda bir sönüklük var, görürsünüz ki, cəmiyyətdə bayram havası hiss olunmur, amma mənim üçün bayramların içində Bahar Bayramı, Novruz  ən böyük bayramlardan biridir. Təbiət oyanır, torpağa can gəlir, insanların ruhu elə bil ki pərvazlanır. Uşaq vaxtı valideyinlərimiz  gedərdilər bizim üçün cürbəcür, rəngbərəng paltarlar alardılar. Çərşənbələrdə hərkəsin adına bir şam yandırardıq, evdə köhnə geyimləri ağacların başına bağlayardıq, hündür tonqallar qalanardı.  Su çərşənbəsində çeşmədən su götürüb süfrəyə mütləq su qoyardıq. Həmin su paklıq, təmizlik, saflıq rəmzidir. Hətta bu suyu gələn il ki su çərşənbəsinə kimi saxlayardalar. Hər çərşənbələrdə süfrəyə cürbəcür plov qoyardılar. Ilaxır çərşənbədə cürbəcür şirniyyatlar, yeməklər, çərəzlər, qoğal, şəkərbura, paxlava sufrədə olardı. Bayram günlərində evdə xoş söz danışmaq lazımdır. Mən də çox eləmişəm həqiqtən doğrudur mən bu adətlərə inanıram.  Bu  bayramda küsülülər barışmalıdır.  Bu gün isə  cox təəssüf olsun ki, o adət-ənənələrimiz artıq həyatımızın arxa səhifələrində, keçmişimizdə qalmağa başlayır. Insanlar Avropalaşmağa doğru gedirlər, milli bayramlarımıza qarşı soyuqqanlıdırlar.  Adət-ənənələrimizə, bayramlarımıza dırnaq arası baxırlar. Həddən artıq insanda bayramlarımıza qarşı münasibəti dəyişib. Bəzi bayramlar var ki dünya miqyasına hamı tərəfindən qeyd olunan bayramlar bax onda canlanma olur.  Çox şükür ki, İçərişəhərdə hər il prezidentimiz İlham Əliyevlə xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Novruz Bayramını keçirirlər.

“İnsalar milli adət-ənənələrdən uzaqlaşmağa çalışırlar. Avropalaçma gedir. Elə zənn edirlər ki, milli bayramlarımzı o ruhla, həvəslə qarşılasalar Avropalığında əllərindən almış olurlar. Deyirlər ki, insanların sosyal durumuda buna imkan vermir ki, bayramı normal qarşılasınlar. Dəli Kür kinosuna baxsaq orda insanların sosyal durumu nə vəziyyətdə olur ki, bayramı necə keçirdirlər. İnsanların sadəcə istəkləri çoxalıb. Amma bu o demək deyil ki, bizdə insanların həyatı firavandır. Hər dövlətdə olduğu kimi ehtiyacı olan, çörək ala bilməyən, xəstəlik üçün dərmana pul tapa bilməyən insanlarda var. Bunlar danınmaz faktlardır. Amma bu bütövlükdə səbəb ola bilməz. Bayramlar daha çox uşaqlar üçündür. Onları sevindirmək lazımdır. Necə ki mənim hələdə yadımdadır valideynlərim bayramlarda bizə təzə paltar alardılar.  Sovetlər birliyi dövründə pulu kreditlə ancaq ev tikmək üçün alardılar, amma indi hərşey kreditlədir. Bilirsiniz bu kreditlər də insanı müflisləşdirir. Çünki insanların tamahları o qədər artır ki, televizorda görür deyir ki, ayda 20-30 manat nədir gedir kreditlə alır. Ayın axırında dolanışığı da çətinləşir.”

Şairə xanım bayram günlərində efirlərimizdən də danışıb. “Çərşənbə axşamı mən bizim kanllardan birində kino gördüm ki, utandığımdan kanalı çevirdim. Xarici bir film idi dublaj edərək vermişdilər. Belə hal olan yerdə hansı mənəviyyatdan danışacayıq.  Bizim televiziyalarımızda milli ruhumuz, adət-ənənələrimiz hiss olunmalıdır.  Mənim yadımdadır ki, Novruza iki ay qalmış proqramlar hazırlayırdılar. Amma indi heç bir hazırlıq getmir elə bir proyektlərdə yoxdur.  Rəhmətlik Əzizə xanım Cəfərzadə bu milli  bayram abu-havası hiss olunmur.”







23 Mart, 2018  10:01 Baxılıb: 1708 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner