Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ana-bacı namusu dəyişikliyə uğrayıb, qəhvə şivəlik salırlar...” — Mirşahindən sərt cavab

Bir neçə gün əvvəl fəaliyyətə başlayan Real TV-də “Mirşahinin vaxtı” adlı proqram yayımlanmağa başlayıb. Verilişin növbəti buraxılışı Avropada, ümumiyyətlə xaricdə yaşayan və anti-Azərbaycan mövqeyi sərgiləyən şəxslərə həsr olunub. Mirşahin Ağayev onları “maşa” adlandırıb. Telejurnalist bir qrup şəxsin Azərbaycan hakimiyyətinin ünvanına təhqirlər yağdırdığını, lakin Azərbaycan hakimiyyətinin isə hələ ki heyrətamiz soyuqqanlılıq, hövsələ nümayış etdirdiyini deyib:

“Dövləti, Prezidenti, Ali Baş komandanı müdafiə xarakterli yazı, status və şərh yazanları dərhal təhqir atəşinə tuturlar. Söyürlər, adını da qoyurlar Demokratiya. Əgər demokratiya budursa, demokratiyanın insan sifəti Orduxan, Tural, Rafael kimi sergeylər və ya onların belə tərbiyəsiz törəmələridirsə,  hansısa xoşbəxt gələcəyi onlar anons edirlərsə,  mən hamını bu kütləvi ayıbçılıqla mübarizəyə çağırıram. Və bu mübarizə konkret və ünvanlı olmalıdır. Mötəbər Xarici İşlər Nazirliyimizin hikmətli kəlamlarına, səfil-sərgərdanlaşmış həmyersizlərimizin çuğulçuluqlarına qarşı addımları barədə məlumatlarına, Azərbaycandan kənarda yaşayan normal və tərbiyəli azərbaycanlılarımızın əks cavablarına əşhəddü-ehtiyacımız var. Çünki Azərbaycan bayrağına bükülərək bu dövləti guya sevdiyini nümayiş etdirən haramzadalar elə həmin Azərbaycanın bir nömrəli şəxsiyyət vəsiqəsini daşıyan kəsi təhqir edirlər. Bu təhqir kampaniyasında Azərbaycan bayrağından istifadə olunur.  Belə olan halda hər bir Azərbaycan vətəndaşı özünü təhqir edilmiş saya bilər. Mən özümdən başladım! Heç kim cavabsız qalmayacaq! Özü də bu sözləri mən Real Televiziyasının rəhbəri kimi deyirəm. Bu dava həm də mənim davamdır. Şarikovları tanıyanlar bilir ki, onlar vücudlarını nə qədər dəyişsələr də it xislətindən çıxa bilmirlər. İtlərə isə hürriyyət sözünün ilk üç hərfinin dəxli var. Sadəcə “hür”ün və ya hürün!! Hürriyyət isə bir başqa mətləbdir!”(olke.az)

 






20 Mart, 2018  00:33 Baxılıb: 1816 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner