Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayram yarmarkalarında qiymətlər ucuzlaşdı

Novruz bayramının gəlişinə 2 gün qaldı. Artıq hər kəs bayram alış-verişindədir. Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı Bakı və Sumqayıtda yarmarkalar təşkil edib. Həmin yarmarkalara çıxarılan məhsulun keyfiyyətinə və qiymətlərə nəzarət etmək üçün işçi qrupu yaradıb. Nazirlik ciddi nəzarət altında yarmarkalara çıxarılan məhsulların bazarlara nisbətən 15-20 faiz ucuz olacağını vəd edib.

Bəs ənənəvi olaraq azərbaycanlıların bayram süfrələrini bəzəyən məhsulların qiymətləri necədir? Virtualaz.org-un əməkdaşlarının yarmarkalarda apardığı müşahidələrə əsasən, ötən ayla müqayisədə bayram günləri dadacağımız nemətlərin qiyməti cüzi də olsa dəyişib. Xətai rayonundakı Məzahir Rüstəmov küçəsində (“Bakı” kinoteatrının yaxınlığı) yerləşən yarmarkada ötən ay 6 manata satışa çıxarılan qozun qiyməti hazırda 7-10 manat arasındadır. Fındıq 8-10 manat, şabalıd 8-12 manat, kişmiş 8-14 manat, iydə 4-6 manat, İran xurması 6-10 manatdır.

Daha ucuz qoz, fındıq və şabalıd da tapmaq mümkündür. Məsələn, 5 manata təklif edilən şabalıd yerli məhsul deyil və keyfiyyətinə görə yerli məhsullardan çox geridə qalır. Meyvə-tərəvəzin də qiyməti dəyişib. Məsələn, həftəsonu keçirilən yarmarkalarda 1 manat 80 qəpik - 2 manata satılan portağal 2 manat 20 qəpik, naringi 2 manat 50 qəpik - 3 manat 50 qəpik, nar 4-7 manat, alma (sortuna görə) 1 manat - 3 manat 50 qəpik, banan 2 manat 50 qəpik, kivi 2 manat 50 qəpik, Şəmkir pomidoru 2 manat 20 qəpikdən 4 manata qədərdir.

Binəqədi rayonundakı yarmarkada isə quş əti 4-6 manata, hind quşu kiloqramı 12 manata, mal əti 9 manata, qoyun əti 10 manata təklif olunur. Yarmarkada Gədəbəy kartofu 1 manata, Şəmkir kartofu 80 qəpik, soğan 60 qəpik, yerli portağal 2 manat 20 qəpik, təzə kartof 3 manat, yerli portağal 2 manat 20 qəpik, Şəmkir pomidoru 3 manat, “Ağadayı” üzümü 4 manat 50 qəpik, armud 3 manatdır. Qoz 7, fındıq 8-10 manata, şabalıd 9 manata satılır. Kişmiş 8-15 manata, qoz 8 manata, təmizlənmiş qoz ləpəsi 20 manata, fındıq ləpəsi 20 manata almaq olar.

Bu il yarmarkalardaki sıxlıq da diqqət çəkir. Zaqataladan gələn satıcı Etibar Ələsgərov deyir ki, 2 gündə 50 kiloqram şabalıd, qoz ləpəsi satıb. “Bu il alver yaxşı oldu. Hələ 2 gün də burdayıq, sabah üçün rayondan qabıqlı fındıq və ləpə sifariş etmişəm”, - Ələsgərov deyib. Alıcılardan Solmaz Nəsirova isə deyir ki, qiymətlər ötən ilə nisbətən çox da dəyişməyib. “Çalışıram ki, süfrəm boş qalmasın. Bazarlara nisbətən qiymətlər yaxşıdır”, - alıcı deyib. Yarmarkada bayramın simvolu olan səməni çeşidləri də var. Çindən gətirilən kukla şəkilli səmənilər 8 manata satılır və onları istənilən formaya salmaq mümkündür. Amma 50 qəpiyə də səməni var.

Hər birinizə bol ruzi-bərəkət arzusu ilə...

Virtualaz.org






18 Mart, 2018  18:47 Baxılıb: 1181 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner