Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kabildə partlayış törədilib, ölənlər və yaralanan var

Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.

Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları partlayışın törədilməsinə görə "Taliban" radikal hərəkatından şübhələnirlər.






18 Mart, 2018  18:42 Baxılıb: 1631 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner