Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Qurban Qurbanov milli komandaya 24 futbolçu dəvət edib

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov heyətə 24 futbolçu cəlb edib. Bu oyunçular martın 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz ayın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev  (hər ikisi “Neftçi”);

Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov      (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (“Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya);

Hücumçular: Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”).(apa)






15 Mart, 2018  10:36 Baxılıb: 1798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner