Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident: "Azərbaycanda dözümlülük həyat tərzidir"

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu təşkil edilib. Qısa zamanda bu təsisat mühüm platformaya çevrilərək, qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə imkan yaradır”.Bunu Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, tədbirdə iştirak etmək üçün 50-dən çox ölkədən nümayəndə Azərbaycana gəlib: “500-dən artıq qonağımız var. Onların arasında 47 ölkənin hazırkı dövlət və hökumət başçıları, siyasətçilər, tanınmış alimlər, ziyalılar, həmçinin vətəndaş cəmiyyətinin fəalları var. Əminəm ki, bu tədbir çərçivəsində biz beynəlxalq münasibətlərin gündəliyinin ən vacib məsələlərini müzakirə edəcəyik. Bilirəm ki, biz təhlükəsizliyi, sabitliyi bütün dünyada təmin etmək üçün tövsiyələr irəli sürəcəyik. Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər əməkdaşlığa xidmət edir, boşluqları aradan qaldımağa zəmin yaradır”.

“Məqsədimiz sabitliyin, təhlükəsizliyin xalqlar arasında qarşılıqlı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, - dövlət başçısı əlavə edib.






15 Mart, 2018  10:32 Baxılıb: 1170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner