Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səbuhi Hüseynov: "Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin başı öz riyakarlığına qarışıb"

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin apardığı arxeoloji tədqiqatlarla bağlı danışaraq institutu qınayıb. Onun sözlərinə görə Arxeologiya və Etnoqrafiya İnstitutunun son dövrdə Qarabağda ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılarına cavab olaraq hansısa son dövrün tədqiqatlarına dair qazıntı və ya tədbir görülməyib. Bu barədə öz facebook səhifəsində çağırış edən S.Hüseynov tutarlı bir cavab verilmədiyini qeyd edib.

"Gördünüzmü ki, ermənilərin əl ayağını yığışdırıb yerlərində oturmalarına və Azərbaycana qarşı riyakar mübarizə aparmalarına tutarlı bir cavab verilsin? Bu statusu, elə belə boşuna yazmıram. Hər halda, Virtual Qarabağ Tarixi Muzeyi layihəsinin üzərində işləyərkən Azərbaycanın muzeylərində qorunan Qarabağla bağlı bütün eksponatların üzərində işlədik. Sovet dönəmində, Azərbaycan arxeoloqlarının apardıqları arxeoloji qazıntlıları bir qrup gənclərlə bir yerdə virtual muzeydə toplayıb onların bizim gənclər arasında tanınması üçün gecə gündüz çalışdıq. Bəz siz, Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin hansisa arxeoloji qazıntı ilə baqli qəfil mətbuat konfransı çağırıb erməni riyakarlığına qarşı cavab verdiyini gördünüzmü? Belə bir hadisə yadınıza gəlirmi? Təbii ki, yox… çünki Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinin başı öz riyakarlığına qarışıb. Bu günə qədər hansı bir qazıntı gördük ki, biz bu qazıntı ilə ermənilərə cavab verə bildik? Əgər yalan deyirəmsə, siz deyin… belə bir hadisə oldumu bu son 10 ildə? İki il əvvəl Qondarma Dağlıq Qarabağ Respublikasında qanunsuz aparılan arxeoloji qazıntıların maliyyə mənbəsi ilə maraqlandım. İnternetdə bir çox axtarışlar etdim. Nəticə mənim üçün gözlənilməz oldu. 2015-ci ildə cəmi 60 min manat dəyərində bir arxeoloji qazıntı ilə ermənilər bizə vurduğu zərbənin çəkisini təsəvvür etmək mümkün deyildi. Bəs həmin dövrdə Azərbaycanda Arxeologiyaya maliyyəmi ayrılmırdı? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə Arxeoloji qazıntılara ayrılan maliyyə rəqəmlərinə baxsaq ermənilərin bu qazıntı məbləğindən 40 dəfə çox idi. Bəs nəticə…? Təəssüf ki, nəticəni gözlədiyimiz yerdə cavab yenə ermənilərdən gəldi. Rusiyalı bloqqerlər Tərtər rayonunun işğal altında olan hissəsində aparılan arxeoloji qazıntılardan fotolar paylaşdılar. Fotoları paylaşıram… informasiya müharibəsində bu institut hələ də öz sözünü deyə bilmir. Səbəb nədi...?"

 






14 Mart, 2018  22:20 Baxılıb: 1738 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner