Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Moskvada İŞİD tərəfdarlarının kütləvi həbsi

Rusiyanın paytaxtı Moskvada və şəhərkənarı rayonlarda İŞİD qruplaşması tərəfdarlarını  döyüşmək məqsədilə Suriya və İraqa göndərən mütəşəkkil dəstə ifşa olunub. Virtualaz.org bildirir ki, bu barədə Rusiya FTX-nin İctimai əlaqələr mərkəzi məlumat yayıb. O da məlum olub ki, sözügedən radikal dəstə həm də Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlar üçün saxta sənədlər hazırlamaqla məşğul olub.

FTX və DİN əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyatın gedişatında saxta sənədlərin hazırlanması üzrə 3 laboratoriya aşkarlanıb.  Həmin obyektlərdə  dövlət sərhədindən keçməni “təsdiq edən” saxta ştamplar, möhürlər, miqrasiya kartlarının blankları, xarici dövlətlərə aid pasportların orijinalları və surətləri müsadirə olunub.

Güc strukturları reydlər zamanı 60 xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onların terrorçu qruplaşmaların emissarları ilə əlaqələri təsdiqini tapıb.

İş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.






14 Mart, 2018  10:19 Baxılıb: 1662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55