Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Dünyanın ən varlı insanının varidatı tarixdə ilk dəfə 100 milyard dolları keçdi

“Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən varlı insanları siyahısına “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir. TASS xəbər verir ki, reytinq siyahısı martın 6-da nəşrin saytında dərc olunub.

Jurnal Bezosun varidatını 112 milyard dollar həcmində qiymətləndirib. “Amazon” kompaniyasının aksiyalarının qiyməti 12 ay ərzində 59 faiz bahalaşaraq sahibini 39,2 milyard dollar varlandırıb. Bu, “Forbes” jurnalı tərəfindən milyarderlərin kapitalı hesablanmağa başlandığı 1987-ci ildən bəri maksimum yüksəlişdir.

Reytinqin əvvəlki lideri – Amerikanın “Microsoft” kompaniyasının banisi Bill Qeyts ikinci pilləyə enib. Nəşrin məlumatına əsasən, onun varidatı 90 milyard dollar təşkil edib. “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet isə 84 milyard dollarlıq varidatla reytinqdə 3-cü yerdə qərarlaşıb.

“Forbes” jurnalı ümumilikdə 2208 milyarderi müəyyənləşdirib. Onların əlində cəmlənən kapitalın ümumi həcmi 9,1 trilyon dollar təşkil edir ki, bu da ötən ildə qeydə alınan göstəricidən 18 faiz çoxdur. Həmçinin yeni siyahıya əvvəllər reytinqə düşməyən 259 varlı şəxs daxil olub.(yeniavaz.com)






7 Mart, 2018  16:42 Baxılıb: 2060 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner