Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi fəaliyyətə başladı

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ziyalılar, media nümayəndələri, ölkənin ictimai-siyasi həyatında aktiv olan qadınlar iştirak ediblər. İctimai Birliyin sədri Arzu Bağırova bu il Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu bildirib: "1918-ci ildə müsəlman şərqində ilk dəfə qadınlara seçki hüququ Azərbaycan Cümhuriyyətində verilib. Bu, fəxr olunası tarixi hadisədir. Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdikdən sonra qadınlarımız ictimai həyatda fəal iştirak edirlər. Onlar siyasi və biznes fəaliyyəti ilə məşğuldurlar”.

Tədbirin həm də 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunduğunu vurğulayan A. Bağırova İctimai Birliyin fəaliyyəti və məqsədləri barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, İctimai Birlik hüquq və iqtisadi maarifləndirmə işini aparacaq, hüquq və iqtisadi sahələrlə bağlı həyata keçirilən layihələrə dəstək verəcək. A. Bağırova göstərdiyi mənəvi dəstəyə görə Milli Məclisin deputatı Qənirə Paşayevaya təşəkkürünü çatdırıb.

Millət vəkili Qənirə Paşayeva isə öz növbəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının valideynləri, həyat yoldaşları da tədbirdə iştirak edir: "Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qadınları Azərbaycan dövlətinin yanındadır. Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Biz qadınlar cənab prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyik. Bu gün tədbirimizdə qardaş Türkiyədən böyük nümayəndə heyəti, ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, "APA Holding”in prezidenti Vüsalə Mahirqızı və digər dəyərli qonaqlarımız iştirak edir. Onları aramızda görməkdən qürur duyuruq. Ümid edirəm ki, Arzu xanımın təşkilatı öz fəallığı ilə seçiləcək, vətəndaşlarımızın hüquqi və iqtisadi maariflənməsinə mühüm töhfələr verəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini S. Qəhrəmanova qeyd edib ki, Azərbaycan qadınlarına seçib-seçilmək hüququnun verilməsi məsələsi hələ 1917-ci ildə Rusiya Dumasında müzakirə olunub: "Azərbaycan qadınının səsi bu gün daha uzaqlardan gəlir. Bu gün Azərbaycanın ən ucqar bölgələrində belə qadınlarımız öz fəallığı ilə seçilirlər". Tədbir musiqi proqramı ilə davam etdirilib.






5 Mart, 2018  17:53 Baxılıb: 1775 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner