Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MİRAS” BAYRAMI EHTİYACI OLANLARIN YANINDA KEÇİRİB- FOTO

“Uşaqlar və biz” silsiləsində ilk tədbir baş tutub

İyunun 2-si “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Saray qəsəbəsi yerləşən 7 saylı əqli cəhətdən qüsurlu uşaqlar üçün internat evinin qonağı olub. Bu barədə, İctimai Birliyin Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi Məlumat verib. Məlumata görə, məqsəd 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü buradakı uşaqlarla birlikdə qeyd etmək idi.
Belə ki, MİRAS İctimai Birliyi və psixoloq Könül Telmanqızının birgə təşkilatçılığı ilə “Uşaqlar və biz” adlı xeyriyyə layihəsinə start verilib. Bu silislədən keçirilən ilk tədbirə ABŞ-ın ölkəmizdəki səfirliyi, Banvit şirkəti, ayrı-ayrı xeyirxah insanlar dəstək verib.
Tədbirdə əvvəlcə 7 saylı internat evinin direktoru Şükür Əhmədov uşaqların bayramını təbrik edib və təşkilatçılara öz minətdarlığını bildirib.
Sonra çıxış edən MİRAS İctimai Birliyi sədrinin müavini Arzu Soltan qurumun məqsədlərindən danışıb və belə bir gündə uşaqların yanında olmaqlarından şərəf duyduqlarını deyib. Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd kimsəsiz istedadlı uşaqları araşdırıb, onları ictimaiyyətə təqdim etmək, onların dünyagörüşünün hərtərəfli inkişafına köməklik etmək və onlara mənəvi dəstək olmaqdır.
ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mayk Qante xanımı Kristina Qante ilə birlikdə uşaqları özlərinin və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın və səfirliyin digər əməkdaşlarının adından təbrik edərək, təşkilatçılara gördükləri xeyrixah işlərdə uğurlar arzulayıblar. Cənab Qante internat evinin əməkdaşlarının əziyyətini yüksək qiymətləndirdiyini və bu işin tanrıya ən gözəl xidmət nümunəsi olduğunu vurğulayıb.
Psixoloq Könül Telmanqızı bildirilib ki, layihə çərçivəsində uşaqlara müxtəlif təhsil və psixoloji kursların təşkil edilməsi nəzərdə tutulub.
ABŞ-ın ölkəmizdəki səfirliyinin Mətbuat və İnformasiya məsələləri üzrə nümayəndəsi Mehdi Hüseyinquliyev və Beynəlxalq Qadınlar klubunun nümayəndəsi Nailə Əliyeva çıxış edərək, “Uşaqlar və biz” xeyriyyə layihəsinə uğurlar arzulayıblar.
Tədbir Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ Bülbülləri ansamblı”-nın üzvlərinin ifasında konsert proqramı ilə davam edib.
Klounların çıxışları ilə əyləncəli oyunlar müəssisədə təhsil alan uşaqların sevincinə səbəb olub.
Sonda uşaqlara ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən təqdim olunan kitablar və dərs ləvazimatları hədiyyə edilib.
Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.






3 İyun, 2011  17:19 Baxılıb: 1748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner