Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xuraman Vəfa: "Bir şans istəyəcəm" - ŞEİRLƏR

 

 

 

 

 

 

 

 

Düşüb taleyimin qədəmlərinə,

Yalvaracam mənə kömək ol, deyə.

Şikayət eləyib qara bəxtimdən,

Bir şans istəyəcəm, bir də sevməyə.


Bəlkə qəzəblənib bu gileyimdən,

Bəxtimin üstündən qələm çəkəcək.

Mənə bəxş etdiyi eşq yuvasını,

Gözümün önündə yıxıb sökəcək.


Bəlkə də rəhm edib yaşlı gözümə,

Könül ünvanımı yad eləyəcək.

Hicran yarasını görüb sinəmdə,

Qəlbimi ovudub, şad eləyəcək.


Acı qədərimi dəyişib o gün,

Qədərlər içindən seçib verəcək.

Silib haqqımdakı haqsız qərarı,

Küskün ürəyimi sevindirəcək.


Sarılıb ümidsiz ümidlərimə,

Son dəfə şansımı sınayacağam.

Elə də... bədbəxtəm, belə də... bədbəxt,

Taleyin qapısında dayanacağam.






5 Mart, 2018  11:02 Baxılıb: 2071 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner