Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Sabiq təhsil naziri: “Evdar qadın pensiyası alıram”

“Mənə evdar qadına verilən pensiya verirlər”.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. Onun sözlərinə görə, ilk illərdə aldığı pensiyanın məbləği 150-160 manat olub: “Arada 10-20 manat artırırlar, dəqiq bilmirəm indi nə qədərdi. Pensiyamı kartla Fəridə xanım (həyat yoldaşı) gedib alır, xəbərim yoxdur. Mən məhkəməyə müraciət etdim ki, 5 il parlamentdən maaş alımışam, 30 ildir müəlliməm, professor kimi işdən ayrılmışam. Əsas istəyim o idi ki, mənə millət vəkili təqaüdü verilsin. Çünki, işləmişəm də, niyə vermirsiz? Yuxarıdan tapşırıblar. Məhkəmələrdə son qərarı oxuyanda üzümə baxmağa utanırlar, qərarı oxuyub qaçırlar. Yuxarıdan sifariş gəlib ki, belə qərar verilməlidir”.

Sabiq təhsil naziri məhkəmələrin bu qərarları ilə bağlı ədliyyə naziri ilə də danışdığını bildiridi: “Dedim ki, Fikrət müəllim, bu məhkəmə sisteminə niyə nəzarət etmirsiz? Siz məhkəmə şurasının sədrisiniz. Deyir ki, Firudin bəy, mənim məhkəmələrə zəng etmək səlahiyyətim yoxdur. Dedim ki, əsas qanunun işləməsini təmin edin, qanunu pozmasınlar, zənglə qərar çıxarmasınlar”.

Professor Firudin Cəlilov saytımıza açıqlamasında televiziya kanallarımız haqqında da danışıb. Bildirib ki, ümumiyyətlə televiziyaya baxmır: “Bizim kanallar dəhşətdi. Ümumiyyətlə, 10-15 ildir kanallarımıza baxmıram. Ziyalını televiziyaya buraxmırlar. Məni nə vaxt AZTV-yə və ya başqa kanala çağırdılar, getmədim? 30 ildir deyirəm bunları. Bilirsiniz, televiziyalarda bir qara, bir də ağ siyahı var. Məsələn, siyasətdən söhbət olanda “qara siyahı”dakıları yaxın buraxmırlar, “ağ siyahı”dan çağırırlar. Amma “ağ siyahıdakı”ların da səviyyəsi yoxdur. Heç görmüsüz, hansısa kanalda bir alimimizi tanıdalar? Amma bəzən olur, həmin alimləri göstərirlər ki, dədəsi hökümətlə bağlıdır, qohumluq əlaqələrinə görə mümkün olur. Bizim televiziya verilişlərimiz bərbaddır. Ona görə, baxmıram. İnanmıram ki, bizim camaatın çoxu televiziyaya baxır. Qadınlarımız Türkiyə seriallarına, kişilərimiz də Türkiyə və Rusiya kanallarına baxırlar”.






23 Fevral, 2018  22:30 Baxılıb: 635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10


4 Oktyabr, 2018  13:48







4 Oktyabr, 2018  10:37

4 Oktyabr, 2018  10:05


4 Oktyabr, 2018  09:58



3 Oktyabr, 2018  19:01