Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyə Azərbaycana raket istehsal edəcək

Türkiyənin ROKETSAN şirkəti Azərbaycan Silahlı Qüvvələrindən aldığı sifarişlər üzrə tədarükə başlayıb.

Bu barədə APA-ya açıqlamasında ROKETSAN şirkətinin baş direktoru Hüseyn Baysak məlumat verib.

Artıq layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin sifariş verdiyi reaktiv raketlərin istehsalına başladıqlarını deyən H. Baysak 2011-ci ilin sonu, 2012-ci ilin əvvəlində ilk məhsul partiyasının Azərbaycana çatdırılacağını vurğulayıb.

«Paralel olaraq Müdafiə Sənayesi Nazirliyi ilə də ortaq istehsalla bağlı görüşlərimiz davam edir. Buna yönəlik ilk prinsipial anlaşma protokolu bu ilin fevralında Abu-Dabi şəhərində İDEX sərgisi çərçivəsində imzalandı. Hazırda müvafiq müqavilənin imzalanması istiqamətində işlər davam etdirilir və düşünürəm ki, müqaviləni bu il ərzində imzalayacağıq», - deyə H. Baysak vurğulayıb.

Şirkət rəhbəri Azərbaycan Ordusu üçün Müdafiə Sənayesi Nazirliyi ilə birgə «Sakarya» reaktiv yaylım atəş sistemlərinə bənzər raket buraxılış qurğusunun birgə istehsalının da həyata keçiriləcəyini bildirib: «Bununla bağlı müzakirələrimiz davam etdirilir. Düşünürəm ki, bu qarşıdakı dövrlərdə mümkün olacaq».

H. Baysak əlavə edib ki, Azərbaycanla birgə istehsal olunacaq artırılmış mənzilli 107 və 122 mm çaplı raketlərin motorları Türkiyədə ROKETSAN tərəfindən istehsal olunacaq. Onlar Bakıda MSN-in istehsalı olan qəliblərə yerləşdiriləcək.






3 İyun, 2011  16:52 Baxılıb: 2954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner