Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sərnişin gedişhaqqına görə taksi sürücüsünü qətlə yetirib - ŞƏMKİRDƏ

Şəmkir rayonunda taksi sürücüsünü qətlə yetirən şəxs saxlanılıb. "Report"un yerli bürosu xəbər verir ki, A.İsgəndərov rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan, Arif Yusibovovun idarə etdiyi 21 BC 893 dövlət qeydiyyat nömrə nişanlı, "VAZ-2105" markalı avtomobili rayonun İsmarışlı kəndinə sürdürüb. Gedişhaqqı üstündə yaranan mübahisə zəmnində A.İsgəndərov A.Yusibovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra A.İsgəndərəov qaçsa da polis əməkdşları onu saxlyaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

***9:56

 

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib. Hadisə rayonun İrmaşlı kəndinə baş verib. Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb. Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.






23 Fevral, 2018  10:48 Baxılıb: 1297 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner