Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məleykə Abbaszadə yenə Misir Mərdanovun əleyhinə danışdı

"Hələ də məzun bazası bizə təqdim edilməyib"

Bu il ali məktəbə sənəd verən abituriyentlərin 63 mini orta məktəbləri 2011-ci ildə bitirənlərdir.

Simsar.az-ın verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, orta məktəbləri ötən illərdə bitirən məzunlar qəbul imtahanlarına buraxılış vərəqlərini təsdiq etdirərək, götürə biləcəklər. Lakin bu il məzun olan 63 min abituriyent buraxılış vərəqlərini özləri təsdiq etdirib götürə bilməyəcəklər, çünki onlar attestatlarını hələ də almayıblar. 


Bu il məzun olanlar attestatlarını aldıqdan sonra attestatla birlikdə sənəd qəbulu komissiyalarına müraciət edərək, buraxılış vərəqlərini təsdiqlətdirərək götürə bilərlər: “Bu il orta məktəbi bitirənlərin bu problemlə üzləşməsinin səbəbi Təhsil Nazirliyinin hələ də məzun bazasını TQDK-ya təqdim etməməyidir. Məlumat bazası təqdim edilmədiyi üçün biz builki məzunların attestat qiymətlərinin nə dərəcədə doğru təqdim edildiyinə əmin ola bilmirik. Əgər məzun bazası bizə təqdim edilsəydi, biz abituriyentlərin elektron ərizələrini avtomatik olaraq yoxlayacaq və attestat qiymətlərinin nə dərəcədə doğru olduğunu müəyyən edəcəkdik. Ancaq məzun bazası bizdə olmadığı üçün bu məsələ ləngiyir”.


TQDk sədri bildirib ki, əgər bu ayın 25-ə qədər Təhsil Nazirliyi məzun bazasını TQDK-ya təqdim edərsə, orta məktəbi bu il bitirən abituriyentlər əlavə əziyyətdən xilas olacaq və attestatlarını təsdiqlətmək üçün sənəd qəbulu komissiyalarına getməyəcəklər.






3 İyun, 2011  16:31 Baxılıb: 1120 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner