Azərbaycan Mərkəzi Bankı 26 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Simsar.az -a verilən məlumata görə, yanvarın 26-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2,1119 manat təşkil edir.
1 türk lirəsi 0,4524 manat, 1 rus rublu 0,0304 manat, 1 İran rialı 0,0041 manat, 1 gürcü larisi isə 0,6828 manatdır.