Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xuraman Vəfa: "Həsrət gecələr" - ŞEİRLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sən məndən ayrılıb gedəndən bəri,

canımı yandırır həsrət gecələr.?!

Süküt dumantəki çöküb üstümə,

Qəlbimdə qalmayır taqət, gecələr.


Gah hicran üstümə hücum eləyir,

Gah dərd önə keçir, qəm üstələyir.

Könül umduğunu səndən diləyir,

Yalqızlıq gözləmir dəvət, gecələr.


səni xatərladır hər künc, hər budaq,

Sanıram əllərin məni saracaq.

xəyallar sarılır boynuma ancaq,

Mənə nə yaşatmır, heyrət gecələr.


İllərdir yoldaşam qara gecəyə,

Bir gün görmədim ki, mənə can deyə.

Sən də yetməyirsən dada, köməyə,

Mənə şəfqət vermir, şəfqət gecələr.


Qırılıb ümidim, ölüb həvəsim,

Ruhum ölüb, qalıb quru nəfəsim.

Divarlara dəyib qayıdır səsim,

Məni qarət edir, qarət gecələr,

Nə yaman olurmuş həsrət gecələr.






18 Yanvar, 2018  12:57 Baxılıb: 2705 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner