Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xuraman Vəfa: "Yıxma könlüm evini, bir gün sənə lazım olar" - ŞEİRLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yıxma könlüm evini, bir gün sənə lazım olar,

Gedər bu boranlı qış, bir gün yenə yazım olar.

Küssən də qəm eyləmə, eşq bağından sən də gül üz,

Demə ki, dövran keçib, çətin bir də yazım olar.

Bu həyat kiminə bal, kimisinə dərd yedirib,

Gül-çiçək bəsləyənin bağçasında kol bitirib.

Çoxları mənim kimi bəxt adında qaş itirib,

Yenə də səbr et bir az, mənim də almazım olar.

Gülməzlər dərd əhlinə, dərdi ancaq çəkən bilər,

Ürəyi oda yanan həmişə göz yaşın silər.

Onsuz da yaxşı, ya pis ömrümüzdən gedir illər,

Dövranı bilmək olmaz, mənim sənə nazım olar.

Dərd yıxan könülləri çətin kimsə abad edər,

Ayrılıq çox yamandır, gülüstanı bərbad edər.

Kədərə düçar olan ölənəcən fəryad edər,

Mən də eşq əhlindənəm, sanma zülmə rizam olar.

Elə zənn etmə canım, röyadayam, oyanmıram,

Sən yanıb kül olursan, guya oda mən yanmıram.

Vəfayam, dərd yükünü çəksəm də bil usanmıram,

Saxlaram mizrabımı, bəlkə bir gün sazım olar,

Yıxma könlüm evini, bir gün sənə lazım olar.






8 Yanvar, 2018  09:21 Baxılıb: 1737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner