Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Namiq Qurbandan Ləman Ələşrəfqızına cavab

Sim - sim bağlan! Ki, məhəbbət duymayanlar içəri girə bilməsin!

Ləman xanım, Allah sizin də, o gözəl balalarınızın da üzünə həyatın bütün qapılarını açsın, Sim-Sim kimi sirli və qaranlıq qalaların qapılarını isə birdəfəlik bağlasın.

Belə bir qızıl qaydam var. İşin əhli olmayanların  tənqidinə cavab vermirəm. Amma bu dəfə işin ustası ilə qarşılaşmışam.Cavab haqqını qullanmaya bilmərəm. Yazınızı diqqətlə oxudum. Niyə inciməliyəm ki? İş varsa, tənqid də olmalıdır. Doğrusu, daha sanballı tənqid gözləyirdim. Təəssüf ki, yazı  məndə film tənqidindən daha çox “yanında baş vermiş hadisədən təsirlənib elə metrodaca ayaqüstü yazılmış feyzbuk statusu”nu xatırlatdı. İnanmadım. Təkrar oxudum.Həm əməkdarlaşmış imzanızı bir də nəzərdən keçirtdim. Mənə aid olan bir-iki məqamdan başqa yazının kimə və nəyə həsr olunduğunu anlamadım.Siz gah sual verib məni qınayırsız, gah da öz sualınıza cavab verib məni müdafiə edirsiz. Əsl dost, əsl abla qayğısı kimi. Nə isə... Keçək mətləbə.

Yazını filaninin Bakıya gəlməsi barədə mətbuatın səviyyəsiz şousunu tənqid etməklə başlayırsız. Gözəl. Lakin bunun mənə nə aidiyyatı var ki? Hətta bu şayiəyə inandığınıza görə özünüzü qınayırsız. Elə mən də sizin  “suda boğulan balıq” kimi təkərə düşməyinizə təəccübləndim. Ömrünüzün bəlkə də yarısını külüng çaldığınız  milli mətbuatın “səviyyəsi”ni bilməliydiniz,əziz ablam.

Daha sonra sim-sim demədən üzünüzə açılan qapıdan içəri keçirsiz və filmin foyedə qoyulmuş  posteri qarşısında  Hindistan səfirindən Hacı Şahinə qədər müxtəlif statuslu qonaqların şəkil çəkdirməyini vurğulayırsız. Burda da qəribə heç nə görmədim. Əslində, peşəkar birisi kimi müxtəlif statuslu qonaqları görəndə ilk növbədə tədbirin beynəlmiləl, mövzunun isə ümumbəşəri olduğunu zənn edəcəyinizi düşünürdüm.

Süjetin niyə Mumbaydan yox Bakıdan, Tac Mahaldan yox, Od qüllələrindən başlamasını vurğulayırsız. Müəllifin süjet gərəyi seçiminə müdaxilə edirsiz.Dərhal bu suala özünüz də cavab vermisiz. Məncə filmdə müəllifi ən çox anladığınız məqam da budur: fürsəti fövtə vermədən əvvəlcə Azərbaycanı milyard yarımlıq hind auditoriyasına tanıtmaq. Doğrudur! Amma bunun başqa bir səbəbi də var:13 yaşlı Bakı məktəblisi ilə məşhur aktyorun 35 il əvvəl başlanan dostluq ülfəti və məhəbbətin cazibə yaratmaq kimi xassəsi. Şübhəsiz ki, bunları diqqətdən qaçırmısız.

Bu sahədə çalışdığınız üçün filmin dərhal  fikirlərinizdə kreativ oyanış yaratması çox təbiidir.Məsələn, mən olsaydım, belə yox, elə edərdim və s. Bu cəhət bütün yaradıcı insanlara xasdır. Elə mən özüm də beləyəm. Lakin sizdən fərqli olaraq  öz fikirlərimi həmkarıma irad kimi yox, alternativ yaradıcılıq üsulu kimi bildirirəm.Mənə təqdim olunanı anlamağa , yeni zövqə uyğunlaşmağa çalışıram. Öz istəklərini etalon bilməyin adı  eqoizmdir. Siz hər şeyi istədiyiniz kimi görə bilməzsiniz. Əksinə,gördüyünüzü duymağa çalışsaydınız mövzuya da qoşulmuş olardınız. Hərçənd, anlaşılan odur ki,  47 dəqiqə ərzində filmə əsla qoşula bilməmisiz. Məsələn, mövzunun  insan  xoşbəxtliyinin  sadə səbəbi—məhəbbət barədə olduğunu duymamısız. İlk 2 dəqiqəni ümumiyyətlə, diqqətdən qaçırmısız.Halbuki  həmin o 2 dəqiqədə  müəllifin bütün məqsədi və 47 dəqiqəlik süjetin qısa xülasəsi yer alıb. Süjet boyu tanıdığımız, sevdiyimiz , ən başlıcası,məhəbbətlə səadətli ömür yaşamış  məşhur bir insanın hikmətli həyat ibrətlərinə isə əsla əhəmiyyət verməmisiz. Məgər,bu, yenilik deyilmi?  Yanınızdakı ablalarla elə hey möcüzə, maraq axtarmısız.

Əziz dost, ciddi mövzuları  ucuz şouya çevirmək günümüzün dəbi olub. Amma mən tam əksinə, dünyanın ən nəhəng şou imperiyasının içindən ciddi və qiymətli fikirləri toplayıb gətirdim. Tamaşaçılara həm maraqlı, həm də faydalı olsun deyə xoşbəxt və müdrik bir nümunə-qəhrəman seçdim.  6 kino ulduzunun yaşadığı məhşur ailənin bir çox sirlərindən agaham. Və yaxşı bilirəm ki, bu cür mövzular daha çox reytinq toplayır. Amma mən cəsarətlə tam əksini etdim. Reytinq naminə yüngül şou maraqlarını yox, vacib və faydalı nəsnələri işıqlandırdım. Məgər bu, maraq doğurmaq üçün yetərli deyilmi? Anlayıram sizi.  Filani ilə görüş şövqünüz  sizi bütün nümayiş boyu filmdən “outside”da saxlayıb. Görüş həyəcanı  sizi mehvərinizdən o qədər uzaqlaşdırıb ki,  heç bir gün sonra köşə yazarkən belə təəssüfünüz soyumayıb.Elə ona görə də interşum və  “stand-up”da  ilişib qalmısız. Doğru sözə zaval yox! Filmdə interşumun  azlığı, hətta yoxa yaxın azlığı var. Çəkiliş çətinlikləri və texniki avadanlıqların çatışmazlığından yaranan nöqsandır.Tənqidinizi qəbul edirəm.Amma irad tutduğunuz “stand-up” məsələsi nə zamandan sənədli film estetikasında  “bədəndə onurğa sütunu” rolunu oynayıb? Bu, müəllifin zövq və seçiminə bağlıdır.Bilməmiş deyilsiz.

Sonda milli təəssübkeşliyiniz baş qaldırıb və film üçün niyə  öz sənətkarlarımızı yox,məhz filanini seçdiyimə görə  məni qınayırsız. Heç dəxli varmı? Ssenariyə mütənasib biri olduğu üçün onu seçmişəm. Bilmirəm necə izah edim?Axı filmə baxsanız da, əsla qoşula bilməmisiz.Ona görə də kifayətlənirəm. Cürət edib məlum aktrisamıza “ Hindistanda doğulsaydı...  bəhmənkəs kimi şanslı olardı” deyə  yeni və xəyali tale planlamanız isə mənim qəhrəman seçimi ilə bağlı yanlışlığımdan deyil,  içinizdə coşub daşan yaradıcılıq potensialınızdan xəbər verir.Siz  ilahi təqdirata da irad tutursuz, dəyişmək istəyirsiz. Əziz abla, mütləq televiziyaya qayıdın  və  “mövzu xərçəngi”nə tutulmuş efirimizi sağaldın.Tükənmək bilməyən enerjinizi ilğım yox, gerçək yolda xərcləyin.

Bəzi dostlar deyir, niyə onun xanımlarını bir araya gətirib baxımlılıq naminə polemika etməmisən. Bəzilərini isə onun xobbisi maraqlandırır(83 yaşlı bir qocanın bir xobbisi ola bilər: o da ömrünü uzatmaq).Başqa bir dostumuz isə deyir ki, evini-eşiyini çəksəydin ... və s. və i. Olsun! Hamını səbrlə dinləyirəm.İnsanların maraqlarına hörmətlə yanaşıram. Amma müəllifi də anlamağa çalışın.

Yazını yazarkən bir neçə dəfə dayandım və düşündüm: insan xoşbəxtliyinin  məhəbbət adlı zəruri və kafi səbəbini tərənnüm etmək niyə bu qədər qıcıq yaratdı ki? Halbuki məhəbbət nəinki Azərbaycan tamaşaçısı, eləcə də bütün dünya insanları üçün  bu gün ən aktual mövzudur.İnkar edə bilməzsiz.

P.S. Filani ilə görüş arzusu ilə təqdimat mərasiminə gəldiyiniz üçün, möcüzə axtara-axtara sona qədər bizimlə qaldığınıza görə və zaman ayırıb fikirlərinizi yazdığınıza görə sizə təşəkkür edirəm.

P.S.S. Bir dost tövsiyəmi də bildirim. 10-cu dəqiqədə durub getmək istəyən ablalara nahaq mane olmusuz.Onlara mən yox, siz zülm etmisiz. O ablaları da heç anlamadım. Heç ilin günün bu vaxtında  da bəyənmədiyin bir film üçün düz 47 dəqiqə zaman sərf edərlərmi?  Məsələn, mən 2 dəqiqəmi də ayırmazdım.

Səmimiyyətimlə






30 Dekabr, 2017  13:37 Baxılıb: 2375 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10


4 Oktyabr, 2018  13:48







4 Oktyabr, 2018  10:37

4 Oktyabr, 2018  10:05


4 Oktyabr, 2018  09:58



3 Oktyabr, 2018  19:01





3 Oktyabr, 2018  14:04



3 Oktyabr, 2018  11:26


3 Oktyabr, 2018  11:12