Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Məhəbbət elçisi" təqdim olundu

Dünən dünya və Hindistan kinosunun veteran aktyoru, Dharmendra Deol haqqında çəkilmiş "Məhəbbət elçisi" adlı sənədli filmin təqdimat mərasimi keçirildi. Pullman oteldə təşkil olunan gecədəd Hindistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Sancay Rana, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Yusif Şeyxov, "Mənəvi Dünya" İctimai Birliyinin sədri Hacı Şahin Həsənli, oftolmoloq Paşa Qəlbinur, Hacı Nuran, sənət adamları və jurnalistlər iştirak etdi. 47 dəqiqəlik film ingilis, rus və hind dillərinə tərcümə edilib. Film təqdim edilməmişdən əvvəl çıxış edən səfir belə bir təşəbbüsün Hindistan və Azərbaycan dostluq əlaqələri üçün gözəl addım olduğunu bildirdi. "Əslində bu çox çətin və məsuliyyətli bir iş idi, amma dostumuz Namiq bəy bunun öhdəsindən məharətlə gəldi. "Film yalnız Dharmendra haqqında deyil, eyni zamanda insanlar arasında sevgini tərənnüm edir."

"Bu ekran işi çox cüzi bir büdcəyə" başa gəlib deyən nazirlik nümayəndəsi isə bildirib ki, doğrudan da sevərək bir işi görürsənsə mütləq uğur olacaq. Çıxış edən Hacı Şahin Həsənli isə filmdə qoyulan mövzunun  böyük əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra filmin təşəbbüskarı və direktoru Namiq Qurban danışaraq əslində bu işi görməyin özünü uğur hesab etdiyini bildirib. "14 ölkədə yaşayan müxtəlif xalqlardan olan yaradıcı insanlar bu işə öz töhfəsini verdi. Bu sevginin və dəstəyin özü uğurdur".

Filmə  baxan qonaqlar xoş təssürat bağışladığını bildiriblər. Qeyd edək ki, tədbirin təşkilati dəstəyi DiGi Shirkətlər qrupuna məxsus olub.

 






28 Dekabr, 2017  10:06 Baxılıb: 2267 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner